Android 12 Dinamik tema dəstəyi Samsung, Xiaomi, OnePlus və digərlərinə gəlir

Android 12 Dinamik tema dəstəyi Samsung, Xiaomi, OnePlus və digərlərinə gəlir

  Google, Android 12 Dinamik temalar dəstəyini Samsung, Xiaomi, OnePlus və digər markalara gələcəyini təsdiqləyib. İndilik sadəcə Google Pixel smartfonlarında olan funksiya digər markaların smartfonlarında da olacaq. İstifadəçilər tərəfindən çox bəyənilən Dinamik tema dəstəyi daha çox istifadəçiyə veriləcək.

  Google şirkəti Android 12 ilə birliktə Dinamik tema dəstəyini təqdim etmişdi. Bir xeyli istifadəçi tərəfindən bəyənilən bu funksiya digər smartfon markalarında mövcud deyildi. Lakin verilən qərarlara əsasən Google şirkəti bu funksiyanı bütün markalar üçün yayımlayacaq. Dinamik Tema dəstəyi istifadəçilərə smartfon interfeysinin rənglərini dəyişməsini təmin edir. Beləliklə istifadəçilər hansı rəngləri seçərsə smartfonun interfeysi o rənglərə bürünür. Daha əvvəl bu funksiya sadəcə ekrana qoyulan şəkilə görə bir neçə rəng variyantı təqdim edirdi. Lakin Dinamik tema ilə istifadəçilər bütün rəngləri özləri seçə biləcəklər. Android tərtibatçı bloqunda yazılan məlumatlara görə Samsung, Xiaomi, Oppo, OnePlus, Vivo, RealmeTechno olmaqla bütün smartfon markaları bu funksiyanı istifadə edə biləcək. Qeyd edək ki, rəsmi olaraq bir tarix verilməyib. Bloq məlumatlarına görə növbəti 1-2 ay ərzində smartfon markaları bu funksiya ilə işləyə biləcəklər. Həmçinin bloq yazısında Gmail tətbiqini Dinamik tema dəstəyi ilə istifadə edən Galaxy S22, OnePlus 9 Pro, Find X3 Pro, İQOO 7 Legend Mi 11 smartfonlarından şəkillər paylaşılıb.

Şərhlər