LG, Android 12 yeniləməsini alacaq telefonları açıqladı

LG, Android 12 yeniləməsini alacaq telefonları açıqladı

 Smartfon bazarından çəkilən LG öz cihazlarını Android dəstəyindən məhrum etmir. LG smartfonların istehsalını dayandırdı, lakin öz cihazlarına Android 12 dəstəyi təklif etməyi də laqeyd qoymadı.

 Əslində bir neçə il əvvəl modelləri ilə diqqət çəkən LG bəzi problemlər üzündən istədiyi uğuru əldə edə bilməyib. Keçən il smartfon bazarından çıxan LG, hələ də ən son modellərinə Android dəstəyi təqdim edir. Smartfon bazarından geri çəkilən LG artıq yeni modellər istehsal etmir. Bununla belə, keçən il söz verdiyi kimi proqram təminatı yeniləmələri və dəstək xidmətləri təqdim etməyə davam edir. Bu gün Android 12 alacaq cihazlarını açıqlayan LG, verdiyi sözü tutduğunu göstərir. Elan edilmiş siyahıya əsasən, LG Q92 5G, LG V50 ThinQ və LG V50S ThinQ modelləri Android 12 yeniləməsini alacaq. LG Q52, LG Valvet və LG Wing modelləri təhlükəsizlik yeniləmələrini alacaq. Bu ilin ikinci rübündə Q92, V50 ThinQ və V50S ThinQ modellərinə yeniləmə təqdim edəcək LG, ilin üçüncü rübündə LG Wing və LG Valvet modellərinə Android 13 dəstəyi təqdim edəcək.

Şərhlər