TELSAT.AZ - Elan yerləşdir
  • 2164

AMD Ryzen 6000 prosessorlar daxili videokartı ilə oyun performansını artıracaq

 AMD şirkəti yeni Ryzen 6000 “Rembrandt” prosessorlarını təqdim edib. Yeni prosessorların daxili videokartı gücləndirildiyi üçün notbukların oyun performansı daha da artacaq. Beləliklə istifadəçilər giriş seqmenti notbuklar ilə də oyun oynaya biləcəklər.

 AMD şirkəti 3 seqmentə ayrılan Ryzen 6000 mobil prosessorlarını təqdim edib. Rembrandt kod adlı yeni prosessorlar HS, HX U olmaqla 3 seqmente ayrılır. U seriyası prosessorlar ultrabuklar üçün, HS seriyası incə oyun notbukları üçün, HX isə daha güclü olan oyun notbukları üçün istifadə ediləcək. Yeni prosessorların ən önəmli fərqli daxili videokartlarının inkişaf etməsidir. Bildiyiniz kimi notbuklarda 2 ədəd videokart olur. Bunlardan biri yükü az olan işlər üçün istifadə edilən və zəif olan daxili videokart, digəri isə oyun və render üçün istifadə edilən xarici videokartdır. AMD bu fərqi ortadan qaldıraraq daxili videokartları da gücləndirib. Beləcə istifadəçilər xarici videokartı olmayan notbuklar aldıqda belə oyunları rahatlıqla oynaya biləcəklər. Şirkətin verdiyi məlumatlara görə artıq HS seriyası Ryzen 6000 prosessorları bu gündən etibarən satışa çıxıb. HX və U seriyaları isə Mart ayında satışa çıxacaq. Qısacası Mart ayından etibarən Ryzen 6000 mobil prosessorlu notbukları bazarda görməyə başlayacağıq.

 Qrafik qarşılaşdırma cədvəlini yayımlayan AMD, U seriyasında istifadə edilən Radeon 680M daxili videokartının performansını göstərib. Rəqibi Intel şirkətinin İris Xe daxili videokartına nəzərən 2 dəfə daha güclü olduğunu vurğulayıb. Digər tərəfdən Nvidia şirkətinin daxili videokartı olan MX 450 ilə müqayisədə AMD-nin yeni daxili videokartları 60-80% daha güclü performans göstərib. Həmçinin şirkətin FSR texnologiyası aktivləşdirildikdə GTX 1650 Max-Q qədər performans göstərə bilib. Bu da daxili videokartlar üçün rekord bir göstəricidir. 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab