TELSAT.AZ - Elan yerləşdir
  • 3139

360 Hz ekranı olan oyun notbuku Acer Predator Helios 300 təqdim olunub

 Acer 360 Hz ekranı olan və oyunçular üçün hazırlanmış Predator Helios 300 notbukunu təqdim edib. Üst səviyyə parametrləri olan notbukun ən diqqət çəkən tərəfi ekranı olub. 360 Hz ekran yenilənmə dəstəyi olan notbuk yüksək rəng doğruluğuna malik ekranla təchiz olunub.

 Tayvanlı texnologiya nəhəngi Acer keçirdiyi təqdimatda oyunlara fokuslanan Predator seriyasının yeni üzvünü təqdim edib. 15.6 düym Full HD IPS ekrana malik olan notbuk 360 Hz ekran yenilənmə dəyərini dəstəkləyir. 300 nit parlaqlığı olan bu ekran sRBG rəng şkalasını 100% əhatə edir. Yəni notbukun ekranı rəngləri 100% təbiilikdə göstərir. 4 istiqamətli RBG işıqlandırmalı klaviturası olan Predator Helios 300 720P keyfiyyətində web kamera ilə təchiz olunub. Həmçinin notbuk İntel Core i9-11900H prosessoru və Nvidia Geforce RTX 3060 videokartı ilə təchiz olunub. Acer bu modeldə oyunların yüksək qrafik ayarlarında oynanıla bilməsi üçün parametrləri yüksək tutub. 32 GB ram-a qədər dəstəyi olan notbuk 1 TB-a qədər yüksəldilə bilir. Bu qədər güclü performans yanında isinmə də gətirir. Bu səbəbdən şirkət soyutma sistemini təkmilləşdirmək üçün 5.nəsil AeroBlade 3D fanlarından istifadə edir. Notbukun port və digər texnologiyalarına baxdığımızda isə Bluetooth 5.1, Thunderbolt 4, Wi-Fi 6, HDMİ, USB 3.2 Gen 2 texnologiyalarını görürük. Acer Predator Helios 300 modelinin ilkin satış qiyməti 1930 dollardan başlayacaq. Yaddaş və ram seçimlərinə görə bu qiymət arta bilər.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab