ABŞ-ın Huawei və ZTE avadanlıqlarını dəyişdirmə qiyməti artır

ABŞ-ın Huawei və ZTE avadanlıqlarını dəyişdirmə qiyməti artır

   Trump-ın qərarı ilə ABŞ-ın Çinli şirkətlərə tətbiq etdiyi qadağalar səbəbilə Huawei və ZTE avadanlıqlarını dəyişdirmək düşünüləndən daha baha başa gələcək. Qiymətlər ABŞ-ın gözlədiyindən daha baha olacaq.

  Federal Kommunakasiya Komissiyası (FCC) rəhbəri Jessica Rosenworcel tərəfindən paylaşılan məlumatlara görə ABŞ şirkətlərinin istifadə etdiyi HuaweiZTE avadanlıqlarını dəyişdirmək üçün 5.6 milyard dollar vəsait tələb olunur. 2020-ci ildə ABŞ-ın qlobal təhlükəsizliyini qorumaq üçün Huawei və ZTE şirkətinin avadanlıqlarının dəyişdirilməsi üçün 1.8 milyard dollar vəsait ayrılmışdı. Lakin bu büdcə yetərli gəlməyib. ABŞ-ın ən nəhəng şirkətlərindən olan Verizon keçən iki ildə bu avadanlıqları uğurla dəyişdirə bilib. Həmçinin 181 kiçik operator şirkəti də bu dəyişdirilmə üçün FCC-ə müraciət edib. Açıqlanan rəqəmlərə görə FCC qurumunun tələb olunan büdcənin sadəcə üçdə birini qarşılayacaq qədər büdcəsi var. Bu səbəbdən dövlətin FCC qurumuna təkrar maddi dəstək verməsi gözlənilir.

Şərhlər