TELSAT.AZ - Elan yerləşdir
  • 1911

Zəif satışlar "Apple"ni təşvişə saldı: iPhone 15 Plus daha ucuz ola bilər!

 Apple satışları artırmaq üçün iPhone 15 seriyasında bəzi dəyişikliklər etməyi planlaşdırır. Mövcud seriyanın, xüsusən də "iPhone 14 Plus"un olduqca zəif performansı şirkəti 2023-cü il flaqmanları üçün planlarını yenidən nəzərdən keçirməyə məcbur etdi. Cupertinodan olan texnologiya nəhənginin Pro modelləri ilə standart modellər arasındakı fərqləri azaltmağı düşünür. Məsələn, iPhone 15 seriyasındakı bütün modellər, çox güman ki, iPhone 14 Pro üslubunda Dynamic Island çentiği və bəlkə də 48 meqapiksellik əsas kamera ilə təchiz olunacaq.

Şirkətə yaxın mənbələr bildirirlər ki, Apple öz qiymət siyasətini yenidən nəzərdən keçirə və müvafiq olaraq Plus və Pro modelləri arasında qiymət fərqini açmaq üçün aqressiv qiymət strategiyası qəbul edə bilər. Beləliklə, əlverişli “iPhone”lar daha ucuz olacaq, yüksək səviyyəli Pro və Pro Max (və ya Ultra) isə eyni qiymət bandında satılmağa davam edəcək.

Daha əvvəl məşhur analitik Ming-Chi Kuo da “Apple”ın iPhone 15 seriyasını fərqləndirmək niyyətində olduğunu bildirərək şirkətin xüsusilə iPhone 15 Pro Max modelini ön plana çıxaracağını və bu modeli hətta iPhone 15 Ultra adlandırmaq ehtimalının olacağını bildirmişdi.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab