YouTube-a yeni xüsusiyyətlər əlavə olundu

YouTube-a yeni xüsusiyyətlər əlavə olundu

YouTube, video sürətini daha dəqiq tənzimləmək, pleylistlərdə əməkdaşlıq etmək üçün yeni alətlər, yenilənmiş mini video pleyer və yatma zamanlayıcısı kimi yeni xüsusiyyətlər qazanır.

YouTube-un yeni video sürət nəzarətləri artıq 0.25x pillələrində deyil, 0.05x səviyyəsində tənzimləməyə imkan verir. Bu da istifadəçilərə ən uyğun oynatma sürətini seçmək üçün daha çox seçim verir. Ən yüksək oynatma sürəti isə hələ də 2x ilə məhdudlaşdırılıb.

Pleylistlərdəki yeni xüsusiyyət vasitəsilə bir keçidi paylaşaraq və ya TV-lərə yaxın zamanda əlavə olunacaq QR kodu skan edərək ortaq pleylistlər yarada biləcəksiniz. Bu ilin sonlarında istifadəçilərə pleylistə əlavə etdiyiniz videolara səs vermə imkanı da veriləcək.

YouTube-a gələn digər yenilik mini oynatıcı ilə bağlıdır. Yenilənmiş mini oynatıcı artıq ölçü və mövqeyə görə dəyişdirilə bilər.

Nəhayət, yatmazdan əvvəl telefonunuzda video izləməyi sevənlər üçün YouTube-un videoları müəyyən müddətdən sonra dayandıran yeni yatma zamanlayıcısı xüsusiyyəti işinizə yarayacaq. Yatma zamanlayıcısını 10 dəqiqədən 1 saata qədər ayarlamaq mümkündür. Bundan başqa, zamanlayıcını bir videonun sonuna çatdıqda avtomatik olaraq dayandıracaq şəkildə də tənzimləyə bilərsiniz. YouTube bu xüsusiyyəti əvvəlcə Premium istifadəçilər üçün test etmişdi, lakin indi bu, bütün mobil istifadəçilər üçün əlçatan olacaq.

Şərhlər