TELSAT.AZ - Elan yerləşdir
  • 2476

Yeni smart saatda məlumatlar əlinizin üstündə görünə bilər!

Ağıllı saat bazarının aparıcı adlarından biri olan Samsung bu sahədə yenilikçi ideyalar təqdim etməyə davam edir. Cənubi Koreya nəhəngi indi proyektorlu Galaxy Watch üçün ABŞ Patent və Ticarət Nişanları İdarəsinə müraciət edib. Yeni dizayn ağıllı saatların istifadə sahəsini genişləndirə bilər. Patent müraciətinə əsasən, Samsung saat qayışına yerləşdirilmiş proyektor vasitəsilə şəkillərin əl səthinə proyeksiya edilməsinə icazə verəcək. Bunun davamlı olaraq yolda olan istifadəçilər üçün asan və praktik olacağını söyləyə bilərik. Patent həmçinin göstərir ki, proyeksiya edilən təsvirin fokus və bucağı saatdakı bir sıra sensorların köməyi ilə avtomatik olaraq dəyişə bilir. Bununla belə, şəklin düzgün təqdim edilməsi üçün biləyinizi düz tutmağınız lazım ola bilər.

Yeni patentlə Samsung ağıllı saatlara fərqli funksiyalar da gətirə bilər. Çünki patent faylında şirkət qeyd edir ki, “proyeksiya ekranında göstərilən məlumat displey modulunda göstəriləndən fərqli ola bilər”. Bu kontekstdə yeni saatı videozəng və digər funksiyalar üçün istifadə etmək olar.

Bu gün bir çox texnologiya nəhəngləri gələcək planlarına uyğun yeni patentlər üçün müraciət edirlər. Bununla belə, bir çox ideya elə sənədlərdə qalır. Yeni patentin Galaxy Watch modellərində istifadə edilib-edilməyəcəyi hələ məlum deyil. Bunu görmək üçün bir az daha gözləməliyik.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab