TELSAT.AZ - Elan yerləşdir
  • 1973

Xiaomi 15 seriyası üçün HyperOS 2.0 buraxıldı: Yeniliklər nələrdir?

Xiaomi, yeni yüksək səviyyəli smartfonu olan Xiaomi 15 üçün HyperOS yeniləməsini təqdim edib. HyperOS 2.0.16.0 yeniləməsi, sistem animasiyalarından kameraya qədər bir çox təkmilləşdirmələri ehtiva edir.

Xiaomi, Xiaomi 15 və Xiaomi 15 Pro üçün HyperOS 2.0 yeniləməsini yayımlayıb. HyperOS 2.0.16.0 yeni animasiya funksiyaları, inkişaf etmiş albom redaktə imkanları, sistem və kamera funksiyalarında təkmilləşdirmələr və daha çoxunu təqdim edir.


HyperOS 2.0.16.0 yeniləməsi Xiaomi 15 seriyasına hansı yenilikləri gətirir?

Artıq fokus bildirişlərinə toxunduqda animasiyalar dayandırıla bilir, bu isə animasiyanın bitməsini gözləmədən daha sürətli qarşılıqlı əlaqəyə imkan verir. Tam ekran jestləri ilə proqramlar kiçildildikdə keçidlər daha yumşaq olur.

Sistem animasiyalarından əlavə olaraq Foto albomunda da müəyyən təkmilləşdirmələr var. Albom redaktə edicisi, tətbiqdən birbaşa bir şəkilin keyfiyyətini yaxşılaşdırmağa imkan verən yeni bir xüsusiyyət təqdim edir. Həmçinin, süni intellekt dəstəyi ilə fotoların keyfiyyətini itirmədən böyütmək və albom redaktə edicisində istənilməyən obyektləri silmək daha asanlaşır.

Kamera təkmilləşdirmələri çərçivəsində yeni HyperOS 2.0 yeniləməsi, daha yaxşı yaxınlaşdırma üçün telefoto funksiyasını optimallaşdırır. Daha canlı və real video məzmunları üçün video filtrləri də təkmilləşdirilib. Xiao AI tərəfindən təqdim edilən mətnlər və təkliflər də inkişaf etdirilib.

Xiaomi 15 seriyası, performans və səmərəliliyi artıran yeni Snapdragon 8 Elite çipindən istifadə edən ilk telefonlar arasındadır. Yeni prosessorla yanaşı, batareya gücü də əhəmiyyətli dərəcədə artırılıb və istilik yayılması yaxşılaşdırılıb. Pro modelində artıq 5x periskop telefoto kamera mövcuddur. İnkişaf etmiş görüntüləmə avadanlıqları, optimallaşdırılmış super telefoto funksiyası və qaleriyadakı yeni süni intellekt dəstəyi ilə redaktə alətləri ilə Xiaomi 15 Pro2025-ci ilin ən yaxşı smartfonlarından biri kimi qəbul ediləcək.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab