TELSAT.AZ - Elan yerləşdir
  • 1734

Xiaomi 15-in xüsusiyyətləri üzə çıxdı

Xiaomi 15 seriyasının standart modelinə aid xüsusiyyətlər üzə çıxıb. Snapdragon 8 Gen 4 prosessoru ilə gələcək telefon, yeni əsas kamera və daha böyük batareyası ilə diqqət çəkir.

Xiaomi 15 seriyasının Qualcomm-un 21 oktyabrda Snapdragon 8 Gen 4 prosessorunu elan etməsindən qısa bir müddət sonra satışa çıxması gözlənilir. Pro və Ultra modelləri haqqında məlumatlar əldə olunsa da, indiyə qədər standart model haqqında çox az məlumat məlum idi. Xoşbəxtlikdən, X platformasından Yogesh Brar adlı mənbə Xiaomi 15-in xüsusiyyətlərini paylaşıb.


Xiaomi 15 gözlənilən xüsusiyyətləri

Mənbəyə görə, telefon Xiaomi 14 ilə eyni ölçüdə və çözünürlükdə olan 6,36 düymlük 1,5K düz AMOLED ekrana malik olacaq. Ekran parlaqlığı barədə ətraflı məlumat verilməsə də, əvvəlki şayiələr Xiaomi 15 seriyasının daha yüksək parlaqlığa malik TCL Huaxing C9 paneli ilə gələcəyini iddia edirdi. Buna görə də, Xiaomi 15 seriyasının sələfindən daha parlaq ekran təklif etməsi gözlənilir. Məsələn, Xiaomi 14 günəş işığında 1000 nitə, HDR kontenti oynadarkən isə 3000 nitə qədər parlaqlıq göstərə bilirdi.

Xiaomi 15Snapdragon 8 Gen 4 (və ya Snapdragon 8 Elite) çipseti ilə təchiz ediləcək və 5.500 mAh-lik batareyaya sahib olacaq. Bu rəqəm Oppo Find X8 və ya Vivo X200 Pro Mini kimi rəqiblərindən bir qədər az olsa da, sələfinin 4610 mAh tutumuna nisbətən böyük bir addımdır. 4000 mAh-lik Galaxy S24 ilə müqayisədə isə telefon daha böyük batareya təklif edəcək. Telefon, sələfi kimi 90W kablolu və 50W simsiz şarj sürətlərini dəstəkləyəcək.

Kameralara gəlincə, telefonun arxa hissəsində Omnivision OV50H əsas sensoru, 3,2X telefoto və ultra genişkameradan ibarət üç ədəd 50MP sensor olacaq. Xiaomi 14-ün OmniVision OVX9000 əsas kamerası yerinə gələn OV50H, 1/1,3 düym optik formatda 1,2 mikronlu (µm) piksellərlə təkmilləşdirilmiş İkili çevirmə qazancı (DCG™)texnologiyası ilə yaxşı aşağı işıq və avtomatik fokus performansı təqdim edəcək.

Xiaomi 15 seriyasının Android 15 əsaslı HyperOS 2.0 əməliyyat sistemi ilə satışa çıxacağı gözlənilir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab