TELSAT.AZ - Elan yerləşdir
  • 2908

Xiaomi 13T Pro sentyabrın 16-da satışa çıxarılacaq!

Xiaomi 13T Pro-nun qlobal təqdimatı sentyabrın 16-da baş tutacaq. Təqdimat tədbirindən əvvəl telefonun bütün texniki xüsusiyyətləri, dizaynını açıq şəkildə göstərən aydın görüntülər sızdırıldı. Bu model MediaTek-in Dimensity 9200 Plus prosessoru ilə gələcək. Telefonun top modeli 16 GB RAM və 1 TB yaddaş təklif edəcək. Dayanıqlı şüşə arxası ilə klassik qara rəngdə və dəri teksturalı açıq mavi rəngdə çıxacaq telefon 6,67 düymlük ekrana sahib olacaq. OLED ekran 1,5K təsvir ölçüsü, 144Hz yeniləmə sürəti, 2600 nits parlaqlıq, 2880Hz PWM qaralma, HDR 10+ dəstəyi təklif edəcək.

Xiaomi 13T Pro üçlü kamera quraşdırması ilə gəlir. Optik təsvir sabitləşdirməli 50MP Sony IMX707 əsas kamera, 13MP Omnivision OV138 ultra geniş lens, 50MP Omnivision telefoto sensor telefonun arxa kamera quruluşunu təşkil edir. Selfie üçün 20MP Sony IMX596 sensorundan istifadə edən ön kamera var. Nəhayət, telefon 120 vatt sürətli enerji doldurmanı dəstəkləyən 5000 mAh batareya ilə təchiz ediləcək.

Xiaomi 13T Pro gözlənilən xüsusiyyətlər:

Ekran: 6,67 düym, 1,5K, 144Hz, HDR 10+, OLED

Prosessor: MediaTek Dimensity 9200+

Yaddaş: 12GB / 16GB RAM

Depo: 256GB / 512GB / 1TB

Arxa kamera: 50MP + 13MP + 50MP

Ön kamera: 20 MP

Batareya: 5000 mAh, 120 Vt sürətli şarj

Rənglər: Qara, Mavi

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab