Vivo yeni smartfon seriyasını təqdim etməyə hazırlaşır. Daxil olan məlumat ondan ibarətdir ki, Çin şirkəti dekabr ayında Vivo S16 seriyasını təqdim edəcək. Stiv Hemmerstoffer (OnLeaks) təqdimata qədər Vivo S16 Pro-nun renderlərini yayımladı. Cihaz dizayn baxımından keçən il buraxılmış Vivo S12-nin təkmilləşdirilmiş versiyasına bənzəyir. Onun arxa panelində halqalı LED fənəri olan üçlü kamera sistemi var. Kamera sensorları böyük düzbucaqlı modulda şaquli şəkildə yerləşdirilib.
Bildirilir ki, Vivo S16 Pro Full HD+ həlli və 120 Hz təzələmə tezliyi təklif edən OLED displey daşıyacaq. Smartfon MediaTek Dimensity 8200 çipsetindən güc alacaq. Cihaz qara, yaşıl və qızılı olmaqla üç fərqli rəng variantında təqdim olunacaq. Stnadar Vivo S16-nın da S16 Pro-ya bənzəyəcəyi bildirilir. Bundan başqa seriyada Vivo S16e adlı üçüncü model də olacaq. Bununla belə telefonun bu ay S16 və S16 Pro ilə birlikdə təqdim edilib-edilməyəcəyi hələ məlum deyil.