TELSAT.AZ - Elan yerləşdir
  • 2660

Ürək döyüntüsünü ölçən qulaqlıq: cəmi 250 manat!

Yeni AirPods Pro 2-nin ürək döyüntüsünü ölçmə xüsusiyyəti ilə gəlməsi gözlənilirdi, lakin biz bu əlavəni görmədik. Bu xüsusiyyət Anker-in yeni qulaqdaxili qulaqlıqlarında mövcuddur. Dizayn baxımından AirPod-ları xatırladan Anker Soundcore Liberty 4  idman edərkən ürək döyüntülərinizi izləyə bilən xüsusi sensora malikdir. Ürək döyüntüsünün məlumatları Wellness proqramına qoşulur, o, həmçinin idarə olunan, sərbəst və fərdi məşq qaydaları üçün monitorinq seçimlərini də təklif edir. Soundcore Liberty 4 həmçinin məkan audio dəstəyi, aktiv səs-küyün ləğvi, fərdiləşdirilə bilən ekvalayzer və AAC, LDAC, SBC kodekləri üçün dəstək təmin edir, lakin aptX dəstəyi yoxdur.

1 saata tam doldurur

Batareyanın ömrünə gəlincə, onu bir dəfə doldurmaqla 9 saata qədər istifadə edə bilərsiniz. Ancaq səs-küyün ləğvi funksiyasını yandırsanız, bu müddət 7 saata qədər azalır. LDAC (yüksək təyinatlı audio ötürülməsi üçün audio kodlaşdırma texnologiyası) rejimində 6 saat və məkan səsi aktiv olduqda 5 saat davam edir. USB-C portlu simsiz doldurma qutusu 28 saata qədər batareya ömrü təqdim edir. 15 dəqiqəlik sürətli yükləmə ilə qulaqcıqlara 3 saat istifadə müddəti təmin edir, qulaqlıqlar isə 1 saata tam doldurulur.

Anker Soundcore Liberty 4 xüsusiyyətləri

- ACAA 3.0 koaksial akustik sistemi ilə kəskin, aydın səs

- Musiqi və film rejimləri ilə 360 immersiv məkan səsi

- Soundcore tətbiqi ilə yeni ürək dərəcəsi sensoru

- HearID fərdiləşdirilmiş aktiv səs-küyün ləğvi

- Bütün gün dinləmək üçün 9/28 saat dinləmə vaxtı

Anker-in ürək döyüntüsünü ölçən qulaqdaxili qulaqlıqları qara və ağ rəng seçimlərində təqdim olunur. Qulaqcığın qiyməti 255 manatdır (150 dollar). Qara rəngi sevənlər üçün 10 oktyabrdan Amazonda satışdadır. Ağ rəngə üstünlük verənlər üçün isə 17 oktyabrdan satışda olacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab