Bir tərəfdən İlon Maskın yeni idarəetmə yanaşmasına uyğunlaşmağa çalışan, digər tərəfdən isə kiber hücumlarla mübarizə aparan "Twitter"də indi də giriş problemi yaranıb. Gecə saatlarında bəzi ölkələrdən sosil şəbəkəyə daxil olmaq mümkün olmayıb.
Twitter niyə çökdü?
İstifadəçilərdən gələn məlumatlara görə, problem gecə saat 03.00-də başlayıb. Dünyada on minlərlə istifadəçinin saat 04:00 radələrində sistemə daxil ola bilmədiyi görünür. Şəbəkəyə daxil ola bilməyən istifadəçilərə xətanın aradan qaldırıldığı haqqında mesaj göndərilib. Səhər saatlarında problemin böyük ölçüdə həll olunduğu, lakin bir çox istifadəçinin hələ də sistemə daxil olmaqda problem yaşadığı bildirilir. İlon Mask onun tərəfində heç bir problemin olmadığını açıqlayıb.