TELSAT.AZ - Elan yerləşdir
  • 1231

Trump, TikTok-u kimin satın alacağına 30 gün ərzində qərar verəcək

ABŞ Prezidenti Donald TrumpTikTok-un satın alınması ilə bağlı müxtəlif şəxslərlə müzakirələr apardığını və bu mövzuda qərarını növbəti 30 gün ərzində verəcəyini bildirib.

Prezident Donald TrumpTikTok-un gələcəyi ilə bağlı qərarını 30 gün  ərzində açıqlayacağını vurğulayıb. Air Force One təyyarəsində jurnalistlərə danışan Trump,  TikTok-un satın alınması ilə bağlı bir çox şəxslə görüş keçirdiyini qeyd edib.

"TikTok haqqında çox sayda insanla müzakirələr apardım və böyük maraq var," deyən Trump, ABŞ Konqresinin bu məsələdə 90 günlük müddət verdiyini xatırladıb. "Əgər  TikTok -u xilas edə bilsək, bu yaxşı bir addım olar," ifadəsini əlavə edib.


Oracle lider mövqedədir

TikTok-un ABŞ əməliyyatlarını devr etmək üçün müzakirələrdə Oracle-ın adı tez-tez çəkilir. Lakin hələlik yekun razılaşma yoxdur. Reuters-in məlumatına əsasən, ByteDance, tətbiqin idarəsini özündə saxlayarkən, Oracle isə məlumat təhlükəsizliyi və proqram təminatı yeniliklərini idarə edə bilər. NPR xəbər verir ki, OracleTikTok-un "on milyardlarla dollarlıq" payına maraq göstərir.

Bundan başqa, Sequoia CapitalGeneral Atlantic və Susquehanna International Group  kimi ABŞ-da mövcud olan ByteDance investorları da potensial razılaşmaya daxil ola bilər. Daha əvvəl Trump, ABŞ-ın TikTok-da 50% paya sahib olmalı olduğunu söyləmişdi.  Oracle -dan əlavə, Frank McCourt-un rəhbərlik etdiyi investor qrupu və YouTube ulduzu Mr. Beast  də maraq göstərən tərəflər arasındadır.

Hal-hazırda 170 milyon amerikalı tərəfindən istifadə edilən tətbiq, ByteDance tərəfindən milli təhlükəsizlik səbəbilə satılması və ya qadağan edilməsi tələb olunan qanunun yanvarın 19-da qüvvəyə minməsindən az öncə müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı. Trump isə prezident olduqdan bir gün sonra bu qanunun tətbiqini 75 gün təxirə salan qərar imzalamışdı.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab