TELSAT.AZ - Elan yerləşdir
  • 3007

Trampın yaratdığı şəbəkə artıq "Play Store"-də!

2021-ci ilin yanvarın 8-də Tramp tərəfdarlarının bir dəstəsi Kapitola hücum etdikdən iki gün sonra Twitter 45-ci prezidenti həmişəlik platformadan uzaqlaşdırdı. Tramp Twitter hesabından öz radikal, ziyanlı fikirlərini paylaşırdı.

Google bu proqramı siyahıya salmaqdan imtina etdiyinə görə Tramp App Store-da “Truth Socia”ı işə saldı!

Öz fikirlərini çatdırmaq üçün “Twitter”in əvəzinə proqram hazırlayan Tramp keçən fevral ayında “Truth Social”ı işə saldı və yeddi ay sonra “App Store”də 25-ci ən populyar sosial media proqramı oldu. Trump Media & Technology Group (keçən ilin oktyabrında təsis edilmiş yeni Tramp şirkəti) tərəfindən hazırlanmış şəbəkə “Google”un təhlükəsizlik siyasətinə görə orada qadağan edilmişdi. Google sözçüsü deyib ki, "Tətbiqlər istifadəçi tərəfindən yaradılan məzmunu effektiv şəkildə idarə etmək və zorakılığa aid xoşagəlməz yazıları silmək tələbi də daxil olmaqla bizim tərtibatçı təlimatlarımıza uyğun gələrsə, "Google Play"də görünə bilər." "Truth Social"ın Android qadağasına görə amerikalıların 44%-i ona qoşula bilmədi. Bu insanlar da müxtəlif qeyri-leqal yollarla şəbəkəyə qoşulmağa başladı. Lakin bu üsulların heç biri artıq tələb olunmur, çünki Google indi “Truth Social”ın "Play Store"da görünməsinə icazə verib. Truth Social indi “Google Play Store”dən Android cihazlarına endirilə bilər. Google təhqir xarakterli ifadələrə qarşı hər bir şəbəkənin siyasəti olmağını tələb edir. Google həmçinin sosial şəbəkələrin bu siyasətləri tətbiq etmələrini görmək istəyir. Əvvəlcə Truth Social zorakılıq və təhqiramiz məzmunla mübarizə aparmaq üçün tələb olunan siyasətə malik deyildi və ona görə də buna icazə verməmişdi. Ancaq indi görünür ki, “Truth Social" "Google"un tələblərinə cavab verə bilir.

 

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab