YouTube kimi birbaşa reklam gəliri olmasa da, TikTok kontent yaradıcılarına müxtəlif yollarla pul qazanmaq imkanı təqdim edir. Nəhayət, Series (seriya) olaraq əlavə edilən yeni funksiya buna öz töhfəsini verəcək.
TikTok Seriyası nədir?
Adından da göründüyü kimi, TikTok Series sizə paylaşımlarınızı seriya şəklinə salmağınıza imkan verəcək. Kolleksiya olaraq topladığınız videoları müəyyən ödəniş qarşılığında istifadəçilərə təklif edə biləcəksiniz. Bloqçular kolleksiyaya 80-ə qədər video qoya biləcək, hər videonun müddəti 20 dəqiqədən uzun olmamaqla. Bu kolleksiyalar üçün ödəniş daha sonra müəyyən ediləcək. TikTok müəyyən müddət bu satışlarından komissiya almayacaq. Bu yolla istifadəçilərin diqqətini cəkməyi hədəfləyir. Series funksiyası artıq bəzi seçilmiş istifadəçilər üçün əlçatandır və il sonunda bütün istifadəçilər istifadə edə biləcək.