TELSAT.AZ - Elan yerləşdir
  • 2748

Tezliklə: Redmi Note 14

Redmi yeni smartfon seriyası Redmi Note 14-ü təqdim etməyə hazırlaşır.

Çində müxtəlif sertifikatlaşdırma platformalarında görünən məlumatlar bu seriyanın tezliklə təqdim oluna biləcəyini göstərir. Keçən ay Çin Radio Sertifikatlaşdırma platforması Xiaomi-dən 24115RA8EC, 24094RAD4C və 24094RAD4C model nömrələri ilə üç yeni telefonu sertifikatlaşdırdı. Daha sonra 24090RA29C model nömrəli başqa bir cihazın da 3C sertifikatından keçdiyi bildirilib. Bu cihazın Redmi Note 14 adlandırılacağı gözlənilir.

3C sertifikatı göstərir ki, bu yeni model MDY-17-EE model nömrəli şarj cihazı ilə təchiz oluna bilər. Xatırladaq ki, əvvəlki model Redmi Note 13 Dimensity 6080 çipseti ilə təchiz edilmişdi və 33W sürətli enerji doldurma dəstəyi təklif edirdi. Redmi Note 14-ün 45 Vt-a qədər sürətli şarj dəstəyi təklif edəcəyi təxmin edilir.

Redmi Note 14 seriyasının spesifikasiyası hələ rəsmi olaraq açıqlanmayıb, lakin cihazın bu ayın sonu və ya sentyabrda təqdim ediləcəyi gözlənilir. Bundan əlavə, Redmi Note 14-ün qlobal və Hindistan versiyalarının da gələcəyi bildirilir. IMEI verilənlər bazasında görünən 24094RAD4G və 24094RAD4I model nömrələri bu variantların 2025-ci ilin yanvarında digər bazarlarda mövcud ola biləcəyini göstərir.

Alınan məlumata görə, Redmi Note 14 Pro və Note 14 Pro+ modelləri müvafiq olaraq Snapdragon 7s Gen 3 və Dimensity 7350 çipsetləri ilə təchiz ediləcək. Hər iki cihazın 50 meqapiksellik üçlü arxa kamera blokuna və 1,5K təsvir dəstəyi ilə əyilmiş OLED ekranlara sahib olacağı düşünülür.

Yeni Redmi Note 14 seriyasının smartfon bazarında əhəmiyyətli bir yer qazanması gözlənilir və maraqla gözlənilən bu modellərin istifadəçilərə yenilikçi xüsusiyyətlər təqdim edəcəyi gözlənilir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab