TELSAT.AZ - Elan yerləşdir
  • 1349

Texnologiya dünyasında şok! Intel CEO-su Pat Gelsinger istefa verdi

Tarixindəki ən çətin dövrlərdən birini yaşayan Intel şirkətinin CEO-su Pat Gelsinger istefa verdiyini açıqladı. Şirkət, mövqeyini möhkəmləndirmək və böyük bir dönüş etmək məqsədilə əsaslı bir yenidənqurma prosesinə başlamışdı.

Pat Gelsinger, Intel-in tarixi yenidənqurma planını həyata keçirdiyi çətin bir dövrdə vəzifəsindən ayrıldı. Gelsinger, həmçinin Intel -in idarə heyətindəki yerini də tərk etdi.

Şirkətin açıqlamasına görə, müvəqqəti olaraq CFO David Zinsner və Intel Məhsulları CEO-su Michelle Johnston Holthaus birgə CEO vəzifəsini icra edəcək. Bu arada idarə heyəti Gelsinger-in yerinə keçəcək yeni lider axtarışına başlayıb. Zinsner hazırda Intel-in baş maliyyə direktoru kimi xidmət edir, Holthaus isə Intel Məhsulları-nın yeni təyin edilmiş CEO-su kimi çip istehsalı, süni intellekt və şəbəkə daxil olmaqla, müxtəlif bölmələrə rəhbərlik edir.

Intel-in müstəqil idarə heyətinin sədri Frank Yeary isə bu müddət ərzində müvəqqəti icra sədri vəzifəsini icra edəcək. Şirkət, Intel Foundry Services (Intel Layihə Zavodu) çərçivəsində liderlik strukturunda dəyişiklik olmadığını vurğulayıb.


Intel liderini itirdi

Gelsinger açıqlamasında deyib:

Intel-ə rəhbərlik etmək mənim üçün həyatımın ən böyük şərəfi idi. Bu komandadakı insanlar sənayenin ən istedadlı və parlaq fərdləridir və hər birini həmkarım adlandırmaqdan qürur duyuram. Bugünkü qərar mənim üçün çətin oldu, çünki bu şirkət karyeramın böyük bir hissəsini əhatə edib. Bununla belə, birlikdə əldə etdiyimiz uğurlara böyük məmnuniyyətlə baxıram. Intel-i bugünkü bazar dinamikalarına uyğunlaşdırmaq üçün çətin, lakin vacib qərarlar qəbul etdiyimiz bu il, hər kəs üçün çətin bir dövr idi. Intel ailəsinin üzvü olaraq dünyanın hər yerindən mənimlə çalışan həmkarlarıma daim minnətdar olacağam.”

18 yaşında Intel-ə qoşulan Gelsinger, dördüncü nəsil 80486 prosessorunun baş memarı olmuş və 32 yaşında şirkət tarixində ən gənc vitse-prezident seçilmişdi. O, 2001-ci ildə Intel-in baş texnoloji direktoru (CTO) kimi Wi-Fi, USBIntel Core Intel Xeon prosessorlarının inkişafında əsas rol oynamışdı.

Gelsinger, şirkətin zəifləyən bazar mövqeyini bərpa etmək məqsədilə "Intel tarixi üçün ən cəsarətli yenidənqurma planı" adlandırılan dönüşüm prosesinə rəhbərlik edirdi. Lakin xüsusilə süni intellekt texnologiyaları kimi sürətlə inkişaf edən sahələrdə geridə qalmaq şirkətin investorlarının etimadını sarsıdıb. 2012-ci ildə VMware-in CEO-su olmuş Gelsinger, 2021-ci ildə Intel-i xilas etmək üçün CEO kimi şirkətə qayıtmışdı.


Intel rəqabətdə geri qalır

Süni intellekt əsaslı prosessorların yüksəliş dövründə Intel, bu sahədə rəqibləri ilə rəqabət edə biləcək məhsul portfeli təqdim edə bilməyib. Nəticədə şirkət, həm texnologiya liderliyini, həm də investorlarının inamını itirərək ağır vəziyyətə düşüb.

İdarə heyətinin sədri Frank Yeary açıqlamasında bildirib:

“Şirkətdə hələ çox işimiz olduğunu bilirik və investorların etimadını yenidən qazanmağa qərarlıyıq. İdarə heyəti olaraq məhsul qrupumuzu gördüyü müz hər işin mərkəzinə yerləşdirməyin zəruriliyini başa düşürük. Müştərilərimiz bizdən bunu tələb edir və biz də onların gözləntilərini yerinə yetirəcəyik.”

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab