TELSAT.AZ - Elan yerləşdir
  • 2790

TelSat.az-da telefon elanı necə yerləşdirilir?

Azərbaycanın ilk və tək mobil elanlar saytı TelSat.Az istifadəçini yormadan elanların rahat yerləşdirilməsi və idarə edilməsi üçün bir çox funksiyalara malikdir. Siz burada ikinci əl və yeni telefon ala, sata bilərsiniz. Bildiyiniz kimi tək telefonun yox, 5 kateqoriya üzrə istənilən məhsulun elanını yerləşdirə bilərsiniz. Biz bu dəfə telefon satışından danışmaq istəyirik.

Saytımız həm də onlayn telefon satışı ilə məşğul olanlara bəzi imkanlar yaradır. Belə ki sahibkarlar onlayn mağazasını qeydiyyatdan keçirərək onlayn telefon satışı edə bilərlər.  TelSat.az təkcə mobil telefonlar üçün yox, stasionar telefonlar almaq və ya satmaq üçün də uyğundur.

Bəs TelSat.az-da elan necə yerləşdirilir?

Hər şeydən əvvəl birinci addım saytda qeydiyyatdan keçməkdir. İstifadəçilərin rahatlığı üçün qeydiyyatı 2 cür təqdim edirik. Bu həm Qeydiyyat, həm də Elan yerləşdir bölməsindən mümkündür. Yəni siz həm qeydiyyatdan keçəndən sonra elanınızı yerləşdirə bilirsiniz, həm də elan qoya-qoya bunu edə bilərsiniz. Seçim sizindir.  

Əgər artıq qeydiyyatdan keçmisinizsə,Elan yerləşdir bölməsinə daxil olun. Daha sonra Telefonlar” kateqoriyasını seçin. Açılan növbəti səhifə telefonun markası, modeli ilə bağlıdır. Onu da seçəndən sonra elanın digər kateqoriyalarını doldurursunuz. Xatırladaq ki, hər bir istifadəçi 2 pulsuz elan yerləşdirə bilər. Fotolarda bunu görə bilərsiniz. 

 

 

Yox, əgər hələ qeydiyyatdan keçməmisinizsə, onda elan yerləşdirərkən bunu edə bilərsiniz. Bu daha əlverişli seçim kimi görünür.

Burada əsas məsələ yerləşdirilmiş elanlar təkrarlanmasın və saytın qaydalarına zidd olmasın. Elanın aktivlik müddəti 30 gündür. Bu müddət başa çatdıqda elan "Müddəti başa çatmış" bölməsinə düşür. Bu halda istifadəçi ya bu elanı bərpa edə, ya da yenisini yerləşdirə bilər.

Elan yerləşdirərkən nələrə diqqət edilməlidir?

Saytda elan yerləşdirərkən bəzi qaydalara əməl etmək lazımdır:

Əlaqə məlumatları

Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, elektron poçt ünvanı, telefon nömrəsi.

Elanda düzəlişlərin edilməsi

Bunun üçün hesabınıza daxil olmalı, “DÜZƏLİŞ ET” düyməsini seçmək kifayətdir.

İki və daha çox istifadəçi hesabı olan istifadəçilər

Hər kəs bir istifadəçi hesabı yarada və istifadə edə bilər.

Yanlış kateqoriyada yerləşdirilən elanlar

Elanın məhsulun tipinə, təyinatına uyğun olmayan kateqoriyada yerləşdirilməsi və/və ya məzmununda istifadəçilərdə anlaşılmazlıq yarada biləcək digər məlumatların olması qadağandır.

Təkrar elanlar

Tamamilə eyni məzmunlu və ya məna baxımından oxşar elanlar təsdiq edilmir

TelSat.az-ın digər elan saytlardan bir fərqi da var!

Elanda mətn ədəbi dil qaydalarına uyğun olmalıdır. Yəni orfoqrafik səhvlərin olduğu məzmun moderator tərəfindən qəbul edilmir. Ona görə də düzgün və səliqəli yazmağa diqqət edin. Daha detallı məlumat üçün saytın qaydalar bölməsinə keçid edə bilərsiniz. 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab