TELSAT.AZ - Elan yerləşdir
  • 3082

Stiv Jobs İphone-da SİM kart yerinin olmasını istəməyib!

iPod-un atası kimi tanınan Toni Fadell Stiv Cobsun fikirlərini ortaya qoyan maraqlı faktı paylaşıb.  Onun sözlərinə görə, Jobs ilk iPhone-da SİM kart üçün  yerin olmasını istəmirdi. Apple dizayn komandasının ən nüfuzlu üzvlərindən biri hesab edilən Fadell əslində iPod-un atası adlandırılır. Bu yaxınlarda Kaliforniyadakı Kompüter Tarixi Muzeyində jurnalist Coanna Sternə müsahibə verən Fadell Stiv Cobsun vizyonundan danışıb.

Ümumiyətlə, Apple-ın qurucusu Stiv Jobs tez-tez qeyri-adi ideyaları ilə yadda qalıb. Tony Fadell-in sözlərinə görə, Stiv Cobs ilk iPhone-un hazırlanması zamanı cihazda SİM kart yuvasının olması ideyasına qarşı idi. Hətta onun bu istəyini mühəndis və konstruktorlara “Daha bir dəlik istəmirik” cümləsi ilə çatdırdığı bildirilir. Beləliklə, iPhone-lar SİM kart olmadan şəbəkəyə necə qoşulacaq? Jobs nümunə kimi, SİM kartlardan istifadə etməyən Verizon operatorunu göstərib. Çünki bu operatordan istifadə edən telefonlar baza stansiyalarına GSM əvəzinə CDMA mobil texnologiyası ilə qoşula bilir.

Fadell qeyd edir ki, o, Cobsu CDMA texnologiyasının geniş yayılmadığına şəxsən inandırıb.  Çünki Stivin inandığı fikirlərdən əl çəkməsinə nail olmaq çox çətin idi.  Onu inandırmaq üçün konkret faktlar və mümkünsə, bütün komandanın köməyi lazım idi.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab