TELSAT.AZ - Elan yerləşdir
  • 2770

Sony oyun bazarındakı payını artırır!

Playstation ilə yanaşı mobil və PC platformalarında da fəaliyyətini davam etdirən Sony oyun bazarı üçün planları olduğunu açıqladı. Şirkət mobil istehsalın sayını artırmağı hədəfləyir.

Oyun sənayesinin nəhənglərindən biri olan Sony investorlar üçün təşkil etdiyi tədbirdə şirkətin gələcək planları ilə bağlı yeni məlumatlar paylaşıb. Xüsusi Playstation məhsullarını PC və mobil cihazlara gətirərək böyük satış rəqəmləri əldə edən şirkət bu rəqəmi artırmağı planlaşdırır. 2025-ci ilə qədər mövcud oyunların yarısının PC və ya mobil cihazlarda olması lazım olduğunu bildirən Sony Interactive Entertainment-ın CEO-su Jim Ryan, PC, mobil xidmətlərin varlığının artırılmasının oyun bazarını “darlıqdan” çıxaracağını və “hər yerdə ola bilər” vəziyyətinə gətirəcəyini bildirib.

Şirkətin açıqlamalarına görə, Sony oyunlarının yalnız 10 faizini təşkil edən mobil istehsalların qarşıdakı üç ildə iki dəfə artacağı və 20 faiz paya sahib olacağı gözlənilir. Bununla belə, bu sistemə keçid Apple Arcade-in sabiq kontent rəhbəri Nikola Sebastianinin rəhbərlik etdiyi biznes bölməsi vasitəsilə həyata keçiriləcək.

 Sony Interactive Entertainment xüsusilə PlayStation 4 haqqında heç nə deməyib, lakin rəsmi slaydlara görə, təqdimatlar 2025-ci ilə qədər dayandırılacaq. Bu da təəccüblü deyil. Çünki PlayStation 5 az müddətdir ki, çıxıb. Geriyə nəzər salsaq, Sony PS4-ün rəsmi satışa çıxarılmasından iki il sonra səssizcə kənara atdığı PS3 ilə də eyni şeyi etmişdi.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab