Şiddətli yağışda belə rahat istifadə təklif edən telefon gəlir!

Şiddətli yağışda belə rahat istifadə təklif edən telefon gəlir!

iPhone 14 Pro da daxil olmaqla yüksək səviyyəli smartfonlarda belə olmayan xüsusi texnologiyadan (OnePlus rain water touch adlandırır) istifadə edən OnePlus Ace 2 Pro modeli Çində təqdim edildi. Yağış suyundan qorunma texnologiyasına əlavə olaraq, bu, OnePlus-un 24 GB operativ yaddaşa malik ilk telefonudur.  Qarşımızda əsasən gənc istifadəçiləri və oyunçuları hədəf alan performans yönümlü smartfon var. Ace 2 Pro 6,7 düymlük əyri OLED ekrana malikdir. Ekran 1.5K təsvir ölçüsü, 450ppi piksel sıxlığı, 120Hz yeniləmə tezliyi, 10-bit HDR, 1600 nits parlaqlıq təklif edir. Qualcomm-un Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz edilmiş telefon 24 GB-a qədər RAM və 1 TB-a qədər yaddaşla təchiz edilib. 9140 mm² VC soyutma sistemindən istifadə olunur.

OnePlus Ace 2 Pro qiyməti;

OnePlus Ace 2 Pro avqustun 23-də yaşıl və boz rəng seçimlərində satışa çıxarılacaq. Telefonun qiyməti 700 manatdan ( 410 dollar) başlayır. Yaddaş tutumu və yaddaş həcminə görə qiymət aşağıdakı kimidir:

12 GB RAM + 256 GB:700 azn (410$)

16 GB RAM + 512 GB: 800 azn (465$)

24 GB RAM + 1 TB: 950 azn (550 $)

OnePlus Ace 2 Pro xüsusiyyətləri;

Ekran: 6,74 düym, 2772x1240, 120Hz, 1600 nits, AMOLED

Prosessor: Qualcomm Snapdragon 8 Gen 2

Yaddaş: 12GB / 16GB / 24GB (LPDDR5x)

Yaddaş: 256GB / 512GB / 1TB (UFS 4.0)

Arxa kamera: 50MP Sony IMX890 f/1.8 + 8MP Sony IMX355 f/2.2 + 2MP makro f/2.4

Ön kamera: 16MP Samsung S5K3P9 f/2.4

Batareya: 5000 mAh, 150 Vt simli sürətli şarj

Əməliyyat sistemi: Android 13

Ölçü və çəki: 163,1 x 74,2 x 8,98 mm, 210 q

Şərhlər