TELSAT.AZ - Elan yerləşdir
  • 2401

Saxta Papa və Trampın şəkillərinə görə "Midjourney"dən istifadə dayandırıldı!

Mətn daxiletmələrindən şəkillər yaradan süni intellekt vasitəsi Midjourney sui-istifadə ilə mübarizə aparır. Midjourney böyük irəliləyiş əldə etmişdi və realdan demək olar ki, fərqlənməyən vizuallar yaratmağa başlamışdı. İnsanlar bu yüksək keyfiyyətdən istifadə edərək "deepfakes" dediyimiz saxta şəkillər yaratmağa başladılar. Buna görə də “Midjourney”in pulsuz versiyası ləğv edildi. CEO David Holz Discord-da şirkətin "fövqəladə tələb və sui-istifadə" səbəbi ilə pulsuz versiyanı dayandırdıqlarını bildirdi. Holz əlavə etdi ki, mövcud qaydalar sui-istifadənin qarşısını almaq üçün kifayət deyil. Hələlik "Midjourney"dən istifadə etmək üçün ayda ən azı 10 dollar ödəməli olacaqsınız. 

Midjourney son həftələrdə arzuolunmaz formada diqqət mərkəzindədir. Belə ki istifadəçilər həbs olunan Donald Tramp və dəbli  palto geymiş Roma Papası Fransisin saxta şəkillərini hazırlayıb. Diqqətli baxılanda fotonun saxta olduğu başa düşülsə də, Papa obrazı kütlə tərəfindən real kimi qəbul edilib. Görünən budur ki, Midjourney, OpenAI-nin DALL-E və oxşar görüntü yaradan süni intellekt vasitələri daha çox dezinformasiya yaymaq üçün istifadə olunur.

Holz istifadəçilərlə söhbətində süni intellektin əvvəlkindən daha real şəkillər yaratdığı üçün insanların onların saxta olduğunu müəyyən etməkdə çətinlik çəkdiyini bildirib. CEO, həmçinin “Midjourney”dən sui-istifadəni aşkar edən AI auditoru hazırlamağa ümid etdiklərini deyib.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab