TELSAT.AZ - Elan yerləşdir
  • 2869

"Samsung”un ən  böyük düşməni Apple ya "Android"dir?

Texnologiya nəhəngi Samsung statistikaya görə, cəmi iki telefonla dünyada ən çox satılan 10 telefon siyahısına daxil ola bildi. Qalan səkkiz telefonun hamısı “Apple”a məxsus olsa da, şirkət aşağı qiymətli Galaxy A cihazları sayəsində ən çox satılan smartfonların ilk 10 siyahısına daxil olan yeganə Android OEM şirkəti olmağı bacardı.

Samsung və Google hər keçən gün Z nəsli müştərilərini itirirlər

Yüksək səviyyəli telefonlar baxımından Samsung Android smartfonlar seqmentində lider olsa da, Apple xüsusilə qərb bazarlarında bütün digər brendləri geridə qoyur. Bu yaxınlarda aparılan bir araşdırma göstərir ki, Z nəsli “iPhone”nu Android telefonlarından üstün tutur. “ABŞ”da iPhone istifadəçilərinin 37%-i  Z nəsli olduğu halda, Samsung istifadəçilərinin yalnız 10%-dir. Başqa sözlə, Apple davamlı olaraq iPhone istifadəçi bazasını artırarkən, Android xüsusilə qərb bazarlarında yuxarı seqment cihazlarındakı yerini itirir. Qərb bazarlarında daha çox yüksək səviyyəli telefonlar satmaq axtarışında olan “Samsung”un ən böyük düşməni onun texniki göstəriciləri və ya “Apple”ın rəqabətli məhsulları deyil, Android əməliyyat sisteminin özü ola bilər. Çünki Z nəslinin istifadəçiləri ilə olan müsahibələrə görə onlar “Samsung”u sevmədikləri qədər “Android”i də sevmirlər. Bunun səbəbləri arasında "Apple"nin iMessage və ya AirDrop kimi eksklüziv olaraq təqdim etdiyi funksiyaları ola bilər.

Z nəslinin marağını itirən təkcə Samsung deyil. Z nəslinin 40%-i Google axtarış sistemi əvəzinə sosial şəbəkələrdən istifadə edərək axtarış aparmağa üstünlük verir. Nəticədə, “Google”un nüfuzu “Android”ə kömək etmir və hətta “Samsung”un qərb bazarlarında yüksək qiymətli smartfon biznesinə mənfi təsir göstərir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab