Samsung ya Apple: Galaxy Z Flip - iPhone 13?

Samsung ya Apple: Galaxy Z Flip - iPhone 13?

Əzəli rəqiblər Samsung və Apple hər zaman rəqabətdədir. Daim bir-birlərindən üstün olmaq, daha eksklüziv yeniliklər təqdim etmək yarışı aparırlar. Şübhəsiz ki, bu şirkətlər son on ildə ən çox tələb olunan mobil telefon markalarıdır. Samsung bu yaxınlarda öz premium xəttindəkilər ilə müqayisədə qatlana bilən və nisbətən sərfəli Galaxy Z Flip 3-ü təqdim etdi. Bir çoxu telefonun keçən il təqdim edilən iPhone 13-ə rəqib olduğuna inanır. Biz də bu rəqibləri sizin üçün araşdırdıq. Oxuyun və qərarınızı özünüz verin. 

Samsung Galaxy Z Flip ya iPhone 13:

Ekran

Samsung Z Flip 3 6,7 düymlük ekrana malikdir, istifadəçilərə öz şəkillərinə, videolarına və ekrandakı digər vizuallara baxmaq üçün daha çox yer verir. iPhone 13 isə 6,1 düymlük, bir qədər kiçik ekrana malikdir. Buna baxmayaraq,  iPhone 13 vizual keyfiyyətinə görə bir addım önə keçir.

Ram

Z flip 3, 8 GB RAM, iPhone 13 isə 4 GB RAM ilə gəlir. Z flip 3 çoxsaylı tapşırıqlar üçün səmərəlidir və istifadəçilərə proqramlar arasında rəvan işləməyə imkan verir. iPhone 13 dəstəklənən prosessoru ilə səmərəli işləyir, lakin istifadəçilər birdən çox proqramdan rahat istifadə etmələri üçün RAM yaddaşına nəzarət etməlidirlər.

Kamera

iPhone 13-də 12MP parametrli daha yaxşı ön kamera, Z Flip 3-də isə 10MP var. Əgər daha çox selfi çəkmək həvəskarısınızsa, onda düşünmədən iPhone 13.

Saxlama

Saxlamaya gəldikdə, Z Flip 3 256GM, iPhone 13 isə 512GB-a qədər qədər tutum təklif edir və göründüyü kimi iPhone 13 daha çox yaddaş tələb edənlər üçün olduqca uyğun seçimdir.

Prosessor

iPhone 13 “Apple”ın güclü A15 bionik çipini, Z Flip 3 isə Qualcomm Snapdragon 888 prosessorunu daşıyır. Ümumilikdə, Z FLip 3 iPhone 13-dən daha sürətli performans göstərir.

 

Samsung Z Flip 3 və Apple iPhone 13 bütün istifadəçilərinə yüksək performanslı funksiyalar təqdim etməyə qadir olan iki çox səmərəli cihazdır. Buna görə də ikisi arasında seçim etmək çətin ola bilər, çünki hər birinin həyatı asanlaşdıran xüsusiyyətləri var. Belə ki iPhone 13 yüksək keyfiyyətli vizual fokus və dəstəkləyici xüsusiyyətlərə malik iOS interfeysinə üstünlük verənlər üçün açıq qalibdir. Samsung Z Flip 3 “Android”ə və gündəlik rahat istifadəyə ehtiyacı olanlar üçün daha uyğundur.

Şərhlər