TELSAT.AZ - Elan yerləşdir
  • 1542

Samsung təsdiqlədi: Yeni nəsil Bixby AI gəlir

Süni intellekt yarışında sürət azalmaq bilmir və bu texnologiyanı mənimsəməyən şirkətlər bazarda geridə qala bilər. Samsung, Bixby Virtual Köməkçisini yeni süni intellekt xüsusiyyətləri ilə təkmilləşdirdiyini elan etdi.

Samsung-un illərdir üzərində çalışdığı Bixby, əsaslı bir yenilik alacaq. Şirkətin bu gün paylaşdığı video, Bixby-nin adını çəkməsə də, təqdim olunan funksiyaların Siri-yə bənzədiyini göstərir. Bu da yeni Bixby AI-nin təsdiqidir.


Yeni Bixby AI ilə tanış olun

Bixby-nin süni intellekt funksiyaları ilk dəfə Çində Galaxy W25 seriyası ilə nümayiş olunmuşdu. İndi isə bu yeniliyin, 22 yanvar tarixində keçiriləcək Galaxy Unpacked tədbirində dünya miqyasında təqdim ediləcəyi gözlənilir. İlk dəstəkləyən telefonlar arasında Galaxy S25, S25+ və S25 Ultra modelləri yer alacaq.

Samsung-un yayımladığı 17 saniyəlik video, yeni nəsil Bixby AI-nin funksionallığına dair bəzi maraqlı detallar göstərir. Videoda bir qadın belə bir komanda verir: “Açıq havada oturmaq üçün uyğun və pişik dostu İtalyan restoranı tap”. Daha sonra həmin məlumatları dostuna göndərir və tədbiri təqvimə əlavə edir.

Samsung, videoda Bixby-nin adını çəkməsə də, göstərilən funksiyalar təbii dilin anlaşıldığını və bir neçə tapşırığın eyni vaxtda yerinə yetirildiyini təsdiqləyir. Bundan başqa, üçüncü tərəf tətbiqləri ilə daha geniş inteqrasiya imkanı ola bilər. Misal üçün, restoran rezervasiyası edib bunu təqvimə yazmaq.


Gözlənilən yeniliklər

Samsung əvvəlki versiyada Bixby-nin komanda kontekstini daha yaxşı anlamaq bacarığını vurğulamışdı. O, həmçinin veb mənbələrindən mətn və videolarla cavab verir, veb səhifələri tərcümə edir və Microsoft Office formatlarında faylları yadda saxlayır.

Yenilənmiş Bixby, minimalistik dizaynı və tam ekran interfeysi ilə fərqlənəcək. İstənilən tətbiq üzərində açılan pop-up pəncərə rejimi də mövcud olacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab