TELSAT.AZ - Elan yerləşdir
  • 4389

Samsung One UI 7.0 Beta üçün tarix açıqlandı

Android 15 bazalı One UI 7.0 beta yeniləməsi üçün təqdimat tarixi açıqlanıb. Bəs, Android 15 hansı Galaxy modellərinə gələcək? Budur, yenilənmiş siyahı...

Yeniləmə dəstəyi sahəsində sürətini artıran Samsung, Android 15 əsasında olan One UI 7.0 yeniləməsini təqdim etməyə hazırlaşır. Hər il olduğu kimi, yeni versiyanın ilk olaraq ən yeni Galaxy S modelləri ilə çıxması gözlənilir. İlk mərhələdə isə yeniləmə beta istifadəçiləri üçün aktiv ediləcək. Saatlar öncə Samsung One UI 7.0 beta üçün tarix paylaşılmışdır.


One UI 7.0 Beta üçün təqdimat tarixi

Qeyd etdiyimiz kimi, One UI 7.0-ın stabil versiyasının gələn il Galaxy S25 seriyası ilə birlikdə təqdim ediləcəyi gözlənilir. Beta versiyasının isə 2024-cü ilin sonuna qədər istifadəyə veriləcəyi planlaşdırılmışdır. Məşhur ICE Universe isə One UI 7.0 Beta-nın 17 noyabrdan sonra ilk olaraq Cənubi KoreyaABŞ bazarlarında istifadəyə veriləcəyini elan edib.

One UI 7.0-ı dəstəkləyəcək cihazlar arasında Galaxy S24, S23, S22, S21, Galaxy Z Fold 6 & Flip 6, Z Fold 5 & Flip 5, Z Fold 4 & Flip 4, Galaxy A55, A54A35 modelləri yer alır.


One UI 7.0 ilə gözlənilən yeniliklər

Samsung-un One UI 7.0-də həm interfeys, həm də yapay zəka sahəsində bir sıra yeniliklər təqdim etməsi gözlənilir. Buraya daha hamar animasiyalar, yenilənmiş İki səhifəli Hızlı Panel dizaynı, daha rahat kamera tətbiqi və bəzi əsas tətbiqlər üçün yeni ikonalar daxildir.

Əlavə olaraq, yeni şarj və ekran kilidi animasiyaları, ana ekrankilid ekranı üçün yeni vidcetlər, böyük qovluqlar və yenilənmiş batareya ikonu ilə arxa fon bulanıqlığı və istifadəçi interfeysi yenilikləri mövcuddur. Bu yeniləmələrlə Samsung, telefonların daha intuitiv və funksional olmasını təmin edəcək.

Samsung hələ Android 15 yeniləmə təqvimini açıqlamasa da, modellərin dörd əsas Android yeniləməsi alacağını bilirik. Bu, üç il əvvələ aid modellərin belə yeniləməyə qovuşacağı anlamına gəlir. Yenilənmiş versiya Galaxy S, Galaxy A/F, M, Galaxy Z və Galaxy Tab seriyalı 50-dən çox cihazda aktiv olacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab