Samsung Galaxy Z Fold 4 ya Galaxy Z Flip 4: hansını alaq?

Samsung Galaxy Z Fold 4 ya Galaxy Z Flip 4: hansını alaq?

Qatlanan smartfon bazarı durmadan böyüyür və bunun böyük hissəsinin Samsung sayəsində olduğunu bilmək çətin deyil. Koreya nəhəngi davamlı olaraq hər il Galaxy Z Fold və Galaxy Z Flip seriyalarını buraxaraq hər dəfə yeni xüsusiyyətlər və təkmilləşdirmələr əlavə edir. Daha sonra onları bütün dünyada güclü şəkildə reklam edir. Biz tezliklə kitaba bənzər Galaxy Z Fold 4 və daha kiçik, şaquli qatlanan, qapaqlı Galaxy Z Flip 4-ü versiyalarının gəlməsini gözləyirik. Z Fold 4 sələflərinin dizayn ənənəsini davam etdirir. Bu, peşəkar Android istifadəçiləri üçün əla seçimdir. Onlar həqiqətən telefonlarından sadəcə telefon kimi yox, planşet və bəlkə də kompüter kimi istifadə etmək istəyənlərdir! Eyni anda daha çox ekran, daha çox proqram və ya daha yaxşı video izləmə təcrübəsi deməkdir.

Digər tərəfdən Galaxy Z Flip 4 adi ölçülü smartfona çevrilən kiçik kvadrat formada telefondur. Həmişəkindən böyük olmur, daha kiçik olur. Bunun sayəsində Instagramda trendə çevrildi. Z Fold 4-dən fərqli olaraq, Z Flip 4 peşəkar və ya güclü istifadəçilərdən daha çox demoqrafik göstəricilərə uyğun görünür.

Yaxşı, hansını almalısınız? Samsung-un növbəti qatlanan cihazlarından hansı daha yaxşıdır? Gəlin ikisini də müqayisə edək və birlikdə öyrənək.

Dizayn və Ekran Keyfiyyəti

Galaxy Z Fold 4 ilə başlayaq. Onu "kitab kimi" adlandırmağımızın səbəbi onun tam olaraq kitab kimi açılmasıdır. Qeyri-rəsmi xəbərdə onun S Pen stilus yuvasına sahib olacağı və stilusun daxil ediləcəyi deyilirdi, lakin belə olmasa da, onun dəstəklənəcəyini bilirik. Yenə də bu, güclü istifadəçilər üçün telefondur və Samsung bunu bilir. Samsung həmçinin ikitərəfli barmaq izi skaneri üzərində işləyir, ona görə də biz birini xarici displeydə, birini isə daxili, qatlanan ekranda görə bilərik.

Ekranlarından danışarkən Galaxy Z Fold 4-ün AMOLED xarici və daxili ekranın ölçü baxımından necə olacağını dəqiq bilməsək də çıxan xəbərlərə istinad edə bilərik. Telefon qatlananda şüşə ilə örtülmüş bir xarici ekran və əlavə olaraq daxili, böyük, qatlanan ekran alınır. Bizim də bildiyimiz odur ki, sonuncu "Super ultra incə şüşə" ilə örtülə bilər. Quruluşun qalan hissəsi çox güman ki, metal çərçivələr və şüşə arxalıqdır.

Kamera

Çıxan qeyri-rəsmi məlumatlara inansaq, Galaxy Z Fold 4 Galaxy S22 Ultra flaqmanının əla kamera sistemini qəbul edəcək. Hazırda biz 108 MP əsas kamera, üstəlik 3x böyütmə ilə 12 MP telefoto gözləyirik. Selfie kameralarına gəlincə, onlar ya yenidən hər ekranın altında bir, ya da ekranın altında gizlənmiş kameralar olacaqlar.  Bunu tezliklə öyrənəcəyik. Galaxy Z Flip 4-ün üçlü kamera sistemi ilə təchiz ediləcəyi barədə şayiələr yayılıb, lakin buna etibar etmək olmaz. Hələlik ən yaxşı ehtimal 12MP geniş və 12MP ultra geniş kameralar, üstəgəl ya kəsik və ya ekranın altındakı selfi kamerası gözləməkdir.

Batareyanın ömrü və doldurulması

Z Fold 4-ün batareya ölçüsünün necə olacağını hələ dəqiq bilmirik, lakin sələfi kimi təxminən 4,400 mAh ola bilər. Doldurma sürətinin necə olacağı barədə məlumat hələ də azdır, lakin biz onun sələfinə yaxın bir şey gözləyə bilərik - 25W-a qədər sürətli şarj (ümid edirəm ki, daha yüksək olar) və 11W-a qədər sürətli simsiz doldurma.

Z Flip 4-ə gəlincə, 3,595 mAh olacağı sertifikatlaşdırma ilə ortaya çıxdı. Daha əvvəllər onun 3,700 mAh batareyaya sahib olacağını deyirdilər. Z Flip 4-ün 25W sürətli enerji doldurma və ehtimal ki, 15W sürətli simsiz doldurma ilə təchiz ediləcəyi barədə şayiələr var.

Şərhlər