TELSAT.AZ - Elan yerləşdir
  • 2480

Samsung Galaxy Z Fold 5 üçün S Pen planını dayandırıb

Qatlanan telefonlar tədricən standart smartfonları əvəz edir. Bu nöqtədə bazara liderlik edən Samsung tezliklə yeni nəsil qatlana bilən telefonları Galaxy Z Fold 5 və Flip 5 modellərini təqdim edəcək. Bu gün isə Galaxy Z Fold 5-in inteqrasiya olunmuş S-Pen dəstəyi ilə bağlı kədərli xəbər gəldi.  Belə ki, Samsung Galaxy Z Fold 5 üçün S Pen planları dayandırılıb.

Galaxy Z Fold 5-in dizaynı ilə bağlı son qərarın verildiyi bildirilir. Buna uyğun olaraq, Samsung daxili S-Pen yuvası əvəzinə daha incə dizayna yönələcək. Görünür, Cənubi Koreya nəhəngi inteqrasiya olunmuş S-Pen dok ilə telefonu qalın və ya ağır etmək istəmir. Çünki bir çox istifadəçi qatlanan telefonları qalın hesab edir.

Bundan əlavə, bir müddətdir ki, Samsung Galaxy Z Fold 5-in “su damlası” şəklində yeni menteşə quruluşuna keçəcəyi deyilirdi. Beləliklə, qatlana bilən telefon bağlandıqda aralarında boşluq qalmayacaq.

Həmçinin, "Samsung"un mütənasib qələm ölçüsü və yazı rahatlığı təklif edəcək incə S Pen dizaynı üzərində işlədiyi bildirilir. Buna görə inteqrasiya olunmuş S-Pen planlarının tam təxirə salındığını deyə bilmərik. Ancaq bütün bunlar üçün bir müddət gözləmək lazım olacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab