Samsung Galaxy Unpacked 2023-ün tarixi sızdırıldı!

Samsung Galaxy Unpacked 2023-ün tarixi sızdırıldı!

Dünyanın etibarlı qaynaqlardan birinə çevrilən Ice Universe bu dəfə “Samsung”un növbəti böyük tədbirinin tarixini açıqladı. Belə şayiələr var ki, Cənubi Koreyanın texnologiya nəhəngi Galaxy Unpacked 2023-cü il tədbirini fevralın 1-də keçirəcək. Təqdimatın əsas üzü yeni flaqman smartfonları olacaq. Söhbət Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra modellərindən gedir. Daxil olan məlumatlara əsasən, smartfonlar dizayn baxımından əvvəlki modellərə bənzəyəcək.

Galaxy S23 seriyalı smartfonlar üçün Qualcomm Snapdragon 8 Gen 2 prosessoru, 45 Vt-a qədər sürətli enerji doldurma və 200 meqapikselə qədər kameraların olacağı bildirilir. Bu arada tədbirdə yeni flaqmanlara əlavə olaraq simsiz qulaqlıqlar və planşetlər kimi digər məhsullar da təqdim oluna bilər.

Şərhlər

Digər xəbərlər

Ads by Google