TELSAT.AZ - Elan yerləşdir
  • 1206

Samsung Galaxy S25 və S25+ təqdim olundu: Süni intellektin bütün gücünü kəşf edin!

Samsung Galaxy S25 və S25 Plus rəsmi olaraq təqdim olundu. Süni intellektin bütün imkanlarını üzə çıxaran Samsung S25 & S25+ modellərinin xüsusiyyətləri ilə tanış olun.

Samsung Galaxy S25 təqdimat tədbiri 22 yanvar saat 21:00-da keçirildi. 2025-ci ilin gözlənilən telefonlarından olan Samsung S25 seriyası, inkişaf etdirilmiş süni zəka imkanları ilə təqdim edildi. Seriyanın Galaxy S25 Ultra modeli ilə yanaşı, Galaxy S25 və S25+ modelləri də diqqət çəkir. Bu cihazlar AI dəstəkli kamera, güclü prosessor, armor alüminium dizaynProScaler texnologiyalı ekran ilə istifadə çilərin rəğbətini qazanır. Budur, Galaxy S25 Plus xüsusiyyətləri və Galaxy S25 qiyməti haqqında bütün ətraflı məlumatlar:


Galaxy S25 və Galaxy S25 Plus nə təklif edir?

Samsung S25 Plus və S25 modelləri ProScaler ekran texnologiyası ilə daha canlı və aydın görüntülər təqdim edir. Samsung-un verdiyi məlumata görə, ProScaler texnologiyası görüntü keyfiyyətində 43%-lik bir inkişaf təmin edir. Bu, daha sürükleyici görüntü təcrübəsi və oyun zövqü deməkdir.

Galaxy S25 6.2 düymlük, Galaxy S25+ isə 6.7 düymlük ekran ilə təchiz olunub. Ön və arxa tərəfi Corning Gorilla Glass Victus 2 ilə qorunur. Galaxy S25 seriyası daha ağıllı süni zəka texnologiyası və çox funksiyalı (multimodal) imkanlarla təchiz edilmişdir.


Galaxy S25 Plus kamera xüsusiyyətləri

Galaxy S25 və S25+, AI dəstəkləyən kamera ilə misilsiz foto və video təcrübəsi təqdim edir. Geniş bucaqlı linza və telefoto linza ilə hər detal daha yaxşı çəkilir. Süni zəka ilə işləyən kamera portret, gecə çəkimləri və avtomatik redaktə ilə fərqlənir.


Samsung Galaxy S25 AI xüsusiyyətləri

Samsung Galaxy S25 seriyası süni zəkanın ilk dəfə tam inteqrasiya olunduğu One UI 7 interfeysi ilə təqdim olunur. Android 15 əsaslı One UI 7, akıcı animasiyalarla yanaşı, süni zəka dəstəkli yeni alətlər və funksiyalarla gəlir.

 

1. Now Brief: Gününüz üçün fərdi xülasələr

Now Brief süni zəka dəstəyi ilə gündəlik fəaliyyətlərinizi analiz edir və sizin üçün fərdiləşdirilmiş xülasələr təqdim edir. Bu funksiya sizə səhər oyananda gün ərzində gözlənilənləri xülasə şəklində göstərir, günün sonunda isə bütün fəaliyyətlərinizin analizini verir.

 

2. Cross-app Action: Toxunun, danışın, süni zəka hal etsin

Telefonunuzla istədiyiniz funksiyanı yalnız səsli əmrlə həyata keçirə bilərsiniz. Restoran axtarışı edin və ünvanı avtomatik olaraq dostunuza göndərin. Bunu etmək üçün çoxlu tətbiqlər açmağa ehtiyac yoxdur. Yan düyməni basılı saxlayaraq Google Gemini funksiyasını aktivləşdirə bilərsiniz.

 

3. Portret çəkilişləri üçün AI dəstəyi

Tərs işıq şəraitində belə, təbii dəri tonları və aydın detal görüntüləri əldə edə bilərsiniz. My Filter xüsusiyyəti ilə fotolarınıza xüsusi üslub qatmaq üçün fərdi filtrlər yarada bilərsiniz.

 

4. Nightography Video: Gecəni gündüzə çevirin

Güclü prosessor sayəsində gecə videolarında hərəkətli və sabit obyektlər arasında fərq qoyulur, nəticədə yüksək detallı və aydın görüntü əldə olunur.

 

5. Audio Eraser: Studiya keyfiyyəti səslər

Arxa plandakı istənməyən səs-küyü aradan qaldıraraq video səs keyfiyyətinizi artırın. Galaxy AI, müxtəlif səs növlərini (musiqi, külək və s.) tənzimləyərək daha keyfiyyətli audio təqdim edir.

Samsung Galaxy S25 texniki göstəriciləri:

  • Ekran: 6.2 düym, FHD+, 120Hz, Dynamic AMOLED 2x
  • Prosessor: Qualcomm Snapdragon 8 Elite
  • Arxa kamera: 50MP f/1.8 (əsas) + 12MP f/2.2 (ultra geniş) + 10MP f/2.4 (3x telefoto)
  • Ön kamera: 12MP f/2.2
  • Operativ yaddaş: 12 GB RAM
  • Yaddaş: 128GB, 256GB
  • Batareya: 4000 mAh
  • Proqram təminatı: Android 15, One UI 7
  • Bağlantı: Bluetooth 5.4, WiFi 7
  • Ölçü və çəki: 70.5 x 146.9 x 7.2 mm, 162 g

Samsung Galaxy S25 Plus xüsusiyyətləri

  • Ekran: 6.7 düym, QHD+, 120Hz, Dynamic AMOLED 2x
  • Prosessor: Qualcomm Snapdragon 8 Elite
  • Arxa kamera: 50MP f/1.8 (əsas) + 12MP f/2.2 (ultra geniş) + 10MP f/2.4 (3x telefoto)
  • Ön kamera: 12MP f/2.2
  • Yaddaş: 12 GB RAM
  • Daxili yaddaş: 128GB, 256GB
  • Batareya: 4900 mAh
  • Proqram təminatı: Android 15, One UI 7
  • Bağlantılar: Bluetooth 5.4, WiFi 7
  • Ölçü və çəki: 75.8 x 158.4 x 7.3 mm, 190 qram

 

Samsung Galaxy S25 nə vaxt çıxır?

Galaxy S25 və Galaxy S25 Plus modelləri, Ultra versiyası ilə birlikdə 22 yanvar tarixində ön sifarişə açıldı. Galaxy S25-in satış tarixi isə 11 fevral olaraq elan edilib.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab