Samsung Galaxy Unpacked tədbirini keçirdi və nəhayət yeni Galaxy S23 seriyası ilə bağlı bütün detallara sahibik. Üçlükdən Galaxy S22 ən sərfəli və ən yığcam olanıdır. Əminik ki, çoxu təzə çıxan bu modelləri “Apple”nin ən sonuncu seriyası ilə müqayisə edir. Görəsən hansı, nəyə görə daha yaxşıdır tipli suallar ağlından keçir. Biz də sizin üçün iPhone 14-ü ilə Galaxy S23-ü müqayisə etdik.
- Ölçü və çəkidə oxşardır
- iPhone Face ID və Galaxy ekranında barmaq izi skaneri
- Galaxy optik zoomlu üçlü kameraya malikdir, iPhone 14 iki kameralıdır
- Galaxy 120 Hz, iPhone 14 60 Hz ekran
- “Galaxy”də USB Type-C portu var, iPhone yenə Lightning ilə işləyir
Dizayn və ekran keyfiyyəti
OLED, lakin onlardan birində əlavə AM var
“Samsung”un AMOLED ekranları illərdir əladır və onu Galaxy S23 üçün təkmilləşdirməyə ehtiyac yox idi. Amma Samsung maksimum parlaqlıq buffını gizlətdi, buna görə də indi 1,750 nit pik parlaqlığa çatıb (1,500-dən yuxarı). Bu, iPhone 14-ün 1200-dən üstündür, lakin ümumilikdə bu cihazların hər ikisi birbaşa günəş işığı altında mükəmməl görünür və HDR videonu dəstəkləyir.
“Apple”ın iPhone 14 seriyası da OLED ekrana malikdir. Gülməli olsa da onların böyük bir hissəsi Samsung tərəfindən hazırlanıb (və bəziləri LG tərəfindən istehsal edilib). Beləliklə, onlar eyni keyfiyyətdədir, lakin “Apple”ın tələblərinə uyğunlaşdırılıb. Samsung sizə bir neçə rəng kalibrləməsi seçimi verdiyi halda, Apple yalnız bir standart kalibrləmə təklif edir.
Ümumiyyətlə, hər iki ekran fantastik görünür, sadəcə olaraq, onların arxasında hər markanın öz brend fəlsəfəsi var.
Samsung 6,1 düym diaqonalı və 19,5:9 aspekt nisbətindən məmnun görünür, buna görə də Galaxy S23 bu xüsusiyyətləri saxlayıb. Diaqonal və aspekt nisbəti iPhone 14 ilə eynidir. Kəskinliyə gəldikdə, “Apple”ın ekranı düym başına 460 pikselə, Galaxy isə 425-ə çatır. Bu da əslində narahat olunacaq fərq deyil.
Dizayna gəlincə, biz Galaxy ilə cüzi dəyişiklik görürük- tam düz arxa və kamera linzaları ətrafında 3 çıxıntılı metal halqa. Ön tərəfdə, əlbəttə ki, “Galaxy”də selfie kamerası üçün yalnız bir dəlik olacaq, halbuki iPhone 14-də çentik var.
Bunun səbəbi “Apple”nin biometrik kiliddən çıxarma və ödəniş identifikasiyası üçün Face ID-dən istifadə etməsi və hələ də hər hansı bir ekranaltı sensoru daxil etməməsidir. Face ID son 4 il ərzində təkmilləşdirilib və indi sürətlidir. Samsung hələ də bunun üçün ekranın altındakı barmaq izi skanerlərinə sadiq qalmağa üstünlük verir. Sonuncunun üstünlüyü ondan ibarətdir ki, barmağınız bir az çox nəm olsa belə, skan dəqiq oxuya bilir.
Performans və proqram təminatı
Qualcomm Snapdragon 8 Gen 2-ni elan edərkən böyük rəqəmlər vəd etdi: 35% daha sürətli performans, 40% daha yaxşı enerji səmərəliliyi. iPhone 14 yenilənmədə bir növ aldadıldı – tamamilə yeni A16 Bionic almaq əvəzinə, əlavə GPU nüvəsi ilə 2021 Apple A15 Bionic əldə etdi.
Kamera
Galaxy S23-ün sələfindən çox fərqli kamerası yoxdur. Arxa tərəfində eyni kamera kombinasiyası var: 50 MP əsas, 12 MP ultra geniş, 10 MP telefoto. Şükürlər olsun ki, indi qabaqda təkmilləşdirilmiş 12 MP selfi kamerası var.
Pro modelləri yeni 48 MP sensor və təkmilləşdirilmiş ultra geniş kamera, əsas modellər bir qədər böyük, lakin yenə də 12 MP əsas sensora sahib oldular və ultra geniş kameranı iPhone 13 Pro-dan miras aldılar.
Batareyanın ömrü və doldurulması
Galaxy S23 bir az daha böyük batareyaya sahib olacaq - Galaxy S22-dəki 3,700 mAh-a qarşı 3,900 mAh. Buna “ Qualcomm”un Snapdragon 8 Gen 2 üçün vəd etdiyi gücləndirilmiş enerji səmərəliliyini əlavə edin və biz artıq daha yaxşı davamlı performans gözləyirik. Tipik olaraq, “iPhone”lar enerji saxlamaqda heyrətamizdir. Adətən oyun testlərində Android telefonları daha yaxşı işləyir. “Apple”ın A15 çipi isə “iPhone”un nisbətən kiçik batareyasını daha sürətli boşaldır.