TELSAT.AZ - Elan yerləşdir
  • 4662

Samsung Galaxy S23 ilə birlikdə yeni adapter buraxa bilər!

Biz 2023-cü ilin fevral ayında Samsung-un yeni Galaxy S23 seriyasını elan edəcəyini gözləyirik. Samsung yeni S seriyası ilə birlikdə yeni simsiz adapterini də ortaya çıxara bilər. Hazırda şirkətin "Wireless Charger Hub" üzərində işlədiyi barədə məlumatlar yayılıb. “Hub”, yəni qovşaq sözünə görə başa düşülür ki, adapter eyni vaxtda bir neçə cihazı doldura biləcək. Bundan əlavə belə şayiələr var ki, Samsung digər EP-P9500 model yeni adapter üzərində də işləyir. Hələki hər iki cihaz haqqında geniş məlumat yoxdur. Ola bilər ki, iki yox, bir cihaz hazırlanır. Əgər Samsung həqiqətən belə bir cihaz üzərində işləyirsə, bu, texnoloji nəhəngin 2020-ci ildə Galaxy Note 20, Z Fold 2, Galaxy Watch 3 və Galaxy Buds Live ilə birlikdə buraxdığı "Wireless Charger Trio" kimi bir şey ola bilər.

"Wireless Charger Trio" maksimum 25W giriş və 9W çıxış gücünə malikdir. Bununla belə, bu cihaz sələfindən daha çox çıxış gücünə malik ola bilər. Buraxıldıqda "Wireless Charger Trio"nun qiyməti 99 dollar idi, buna görə də "Wireless Charger Hub"ın qiymətini hələ bilməsək də, onun 100 dollardan aşağı olacağını gözləməyin. Bununla belə, əminik ki, yaxın aylarda Samsung-un iddia edilən yeni adapterləri haqqında daha çox məlumat əldə edəcəyik. 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab