TELSAT.AZ - Elan yerləşdir
  • 3155

Samsung Galaxy Fit3 bu ilin sonunda təqdim ediləcək!

Samsung-un Galaxy Watch seriyası məşhur olsa da, ağıllı  qolbaqlar sahəsində də məhsullar istehsal edir. Galaxy Fit2 2020-ci ilin sentyabrında Galaxy Tab A7 ilə birlikdə satışa çıxmışdı və o vaxtdan bəri yenisi yox idi. Bu, tezliklə dəyişəcək. Məlumat Samsung Community forumunun Koreya bölməsindən gəlir. Bir istifadəçinin Samsung Galaxy Fit3 nə vaxt çıxa bilər sualına cavab olaraq ya bu ilin ikinci yarısında, ya da (qrafikdə gecikmə olarsa) gələn ilin birinci yarısında çıxacağı bildirilib. Qolbaq təxminən ABŞ-da 60 dollar, Avropada isə 50 avro-ya başa gələcək. 

Galaxy Fit3-də hansı yeni xüsusiyyətlərin ola biləcəyi barədə heç bir məlumat yoxdur. Fit2 daha böyük displey (0,9"-dan 1,1"ə qədər), bir qədər böyük batareya və çox yaxşılaşdırılmış səmərəlilik gətirdi ki, bu da orijinal Fit ilə müqayisədə batareyanın ömrünü iki dəfə artırdı (orta istifadə 14-15 günə qədər). Artıq 2 yaşı olan Fit2 vcersiyası SpO2 sensorları, quraşdırılmış GPS qəbulediciləri və s. funksiyaları ilə rəqiblərdən geri qalır. Təzə versiyanın gəlməsi haqqında məlumat o qədər də ciddi mənbədən gəlmədiyinə görə xəbər səhvdə ola bilər. Hər halda, qolbaq Galaxy Watch5-in təqdimatı ilə gəlmir (bu, 4-cü nəsil qatlana bilən cihazların təqdimatı ilə üst-üstə düşəcək). Ona görə də bizim edə biləcəyimiz yeganə şey hələki gözləməkdir.

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab