Cənubi Koreyanın texnologiya nəhəngi Samsung 2022-ci ilin sonunda smartfon bazarında “Apple”dan geri qalsa da , 2023-cü ilin birinci rüb hesabatının açıqlanması ilə şirkət yenidən birinci yeri tutub.
İlk üçlükdə Samsung, Apple və Xiaomi şirkətləridir
Məşhur araşdırma şirkəti Canalys 2023-cü ilin birinci rübü üçün smartfon bazarının hesabatını dərc edib. Hesabata görə, Samsung 22% bazar payı ilə birinci yerə yüksəlib, Apple isə 21% bazar payı ilə ikincidir. Xiaomi əvvəlki illə müqayisədə bazar faizini itirsə də, üçüncü yeri qoruyub. OPPO isə kiçik bir faiz artımı göstərib. Firmanın məlumatına görə, smartfon bazarı bu rübdə 12% azalaraq 300 milyon satışın altında qalıb.
Samsung ötən ilin birinci rübündə birinci olsa da, son rübündə “Apple”dan geri qalmışdı. Bununla belə, Galaxy S23 seriyasının satışlarının Galaxy S22-dən 70% yüksək olması Cənubi Koreya şirkətini sevindirdiyi görünür. Son illərdə smartfon bazarında ciddi azalmalar müşahidə edilsə də, Canalys ilin sonunda bazarın sabitləşəcəyini bildirib.