TELSAT.AZ - Elan yerləşdir
  • 1431

Sam Altman, ChatGPT-5-in bu il çıxmayacağını açıqladı

OpenAI-ın CEO-su Sam Altman, Reddit-də keçirdiyi sual-cavab sessiyasında, ChatGPT-nin növbəti versiyası olan GPT-5-in gələn ilə təxirə salındığını elan etdi.

Sam Altman, Reddit-də verdiyi açıqlamada ChatGPT-nin yeni versiyasının 2025-ci ilin əvvəlində istifadəyə veriləcəyini təsdiqlədi. Altman, dəqiq tarix göstərməsə də, OpenAI-nin hazırkı ChatGPT modellərindəki yeniləmələrə üstünlük verəcəyini bildirdi.


"Yeni modellər daha mürəkkəbləşir"

Sam Altman, ChatGPT-nin yenilənmiş modellərinin daha mürəkkəb olduğunu və bunun OpenAI-nin eyni anda çoxlu yeniləmə üzərində işləmə qabiliyyətini məhdudlaşdırdığını izah etdi. Eyni zamanda, hesablamaların çox güc tələb etməsi də ciddi bir maneədir və OpenAI-ni yeni ideyaları tətbiq etməkdə çətin qərarlar qəbul etməyə məcbur edir.

Altman mövzu ilə bağlı qeyd etdi: "O1 və onun davamçılarına üstünlük veririk. Bu modellərin hamısı olduqca mürəkkəbdir və arzuladığımız qədər çox yeniliyi eyni anda təqdim edə bilmirik. (Həmçinin, mövcud resurslarımızı bir çox əla fikrə necə sərf edəcəyimiz barədə məhdudiyyətlər və çətin seçimlərlə üz-üzəyik.) Gelişmiş Səs Modu üçün isə hələ dəqiq tariximiz yoxdur."

Bundan əlavə, Altman başqa bir cavabında OpenAI-nin ilin sonuna qədər güclü yeniləmələr təqdim edəcəyini vurğuladı. Altman, ChatGPT-nin yenilənmiş modellərinə yönəlik bütün işlərin təsirli olmağa davam edəcəyini və hazırda üzərində işlənən heç bir şeyin GPT-5 adını daşımağa layiq olmadığını bəyan etdi.

ChatGPT-5 OpenAI üçün böyük bir dönüş nöqtəsi hesab olunur. Yeni versiyanın GPT-3-dən GPT-4-ə keçiddə olduğu kimi, böyük bir sıçrayış olacağı gözlənilir. GPT-5-in, insanla danışırmış kimi hiss etdirən insanabənzər bir süni intellekt təcrübəsi təqdim edəcəyi bildirilir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab