TELSAT.AZ - Elan yerləşdir
  • 2972

Realme GT Neo 5 2023-ci ilin martında gəlir!

Çində dörd rəqəminin uğursuz olduğuna inanılır. Bu kontekstdə Realme GT Neo 3-dən birbaşa GT Neo 5-ə keçən şirkətin yeni smartfonu gələn ilin martında təqdim oluna bilər. 

Sızdırılan fotolara baxanda belə görürük ki, arxa paneldəki kamera qara, digər hissələri isə ağ rənglə əhatələnib. İki rəngli dizayna sahib olan bu modelin kamerası düzbucaqlı arxitekturaya malikdir. Bir az çıxıntılı kamera dizaynında iki kəsik var. Kamera sensoru birinci yuvada yerləşdiyi halda, ikinci yuvada iki linza var. Kameralardan başqa LED flaş qurğusu da var. Matrix AI text adlı funksiyanın da bu kameralara kömək edəcəyi deyilir, lakin nə olacağı hələ açıqlanmayıb. Bunun süni intellekt sayəsində yazını və vizualları təhlil edəcəyi təxmin edilir. 1 güc düyməsi Realme GT Neo 5-in sağ tərəfində yerləşir. Səs düymələrinin cihazın sol tərəfində yerləşdiyi düşünülür. Əyri kənarları və incə quruluşu bu dizaynın görkəmli elementləri arasındadır.

Realme GT Neo 5 adlı bu məhsulun 5000 mAh & 150 W və 4600 mAh & 240 W olmaqla iki fərqli batareya və iki fərqli doldurma texnologiyası variantı ilə satışa çıxarılacağı iddia edildi. Bu telefon optik görüntü sabitləşdirmə (OIS) ilə Sony IMX890 adlı əsas kameraya sahib olacaq. 240 Vt versiyanın prosessoru Snapdragon 8+ Gen 1 ola bilər. MediaTek Dmensity 8200-ün 150 Vt modelini gücləndirəcəyi iddia edilir.

Realme GT Neo 5: Mümkün kamera xüsusiyyətləri

Realme GT Neo 5-in arxasında üçlü kamera quruluşuna rast gəlirik: 50 MP əsas kamera (OIS), 8 MP ultra geniş bucaqlı kamera və 2 MP dərinlik / makro sensor. Ön tərəfdə bizi 16 MP təsvir ölçülü selfi kamerası qarşılaya bilər.

 

 

 

 

 

 

 

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab