TELSAT.AZ - Elan yerləşdir
  • 1588

Oppo Reno 13 seriyasının təqdimat tarixi açıqlandı

Oppo, orta-yüksək səviyyədə Reno 13 seriyasını təqdim etməyə hazırlaşır. Gələn məlumatlara görə, rəsmi təqdimat 25 noyabr tarixində baş tutacaq. Bu telefonlar hansı xüsusiyyətləri təklif edəcək?

Oppo, ötən ay tanıtdığı Find X8 və Find X8 Pro modellərindən sonra orta-yüksək səviyyədə Reno 13 seriyasını təqdim etməyi planlaşdırır. Etibarlı məlumat mənbəsi Digital Chat Station tərəfindən bildirildiyinə görə, seriya 25 noyabrtarixində rəsmi olaraq tanıdılacaq.


Oppo Reno 13 Pro gözlənilən xüsusiyyətləri

Seriyanın Reno 13 və Reno 13 Pro adlı iki modeldən ibarət olması gözlənilir. Əvvəlki məlumatlara əsasən, Reno 13 Pro 6,78 düym dörd tərəfdən mikro əyilmiş OLED 8T LTPO ekranla təchiz ediləcək. 2780 x 1264 piksel çözünürlüklü ekranın 120 Hz yeniləmə sürətini dəstəkləməsi gözlənilir.

Prosessor olaraq MediaTek Dimensity 9300 çipsetinin Reno 13 Pro modelinə güc verəcəyi gözlənilir. RAM və yaddaş tutumları ilə bağlı məlumat hələlik yoxdur. 5.900 mAh batareya ilə gəlməsi gözlənilən telefonun 80W naqilli və 50W naqilsiz şarj dəstəyi təqdim edəcəyi bildirilir.

Reno 13 Pro-nun 3x yaxınlaşdırma imkanı verən 50 MP periskop kameralı üçlü kamera quruluşuna sahib olması gözlənilir. Ön tərəfdə isə 50 MP çözünürlükdə selfie kamerasının olacağı bildirilir. Bundan əlavə, telefonun su altında fotoçəkiliş dəstəyi ilə təchiz olunacağı məlumatlar arasında yer alır.

Android 15 əsasında ColorOS 15 əməliyyat sistemi ilə gələcək olan telefonun, suya və toza davamlı metal çərçivəligövdəyə sahib olacağı gözlənilir. Reno 13 modeli üçün isə hələlik məlumat yoxdur.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab