Uzun müddətdir gündəmdə olan OnePlus 11, nəhayət təqdim edildi. Yeni flaqman özü ilə çoxlu yeniliklər və təkmilləşdirmələr gətirdi. Qiymət baxımından cəlbedici olan OnePlus 11 şirkəti köhnə günlərə qaytara bilər.
Təəccüblü deyil ki, OnePlus 11 Qualcomm-un mövcud olan ən güclü çipsetinə malikdir. Yüksək səviyyəli kamera sensorları və daha sürətli yaddaş modulu ilə gələn telefona yenilikçi xüsusiyyətlər də daxildir.
Ekran: 6,7 düym 3216 x 1440 LTPO3 AMOLED
Prosessor: Snapdragon 8 Gen 2
Yaddaş: 256GB / 512GB
RAM: 12GB / 16GB
Arxa kamera: 50 MP f/1.8, 32 MP f/2.0, 48 MP f/2.2
Ön kamera: 16MP f/2.4
Batareya: 5000 mAh
Əməliyyat sistemi: Android 13, OxygenOS 13
Metal çərçivə və IP54 sertifikatı ilə OnePlus 11 3216 x 1440 piksel (QHD) təsvir ölçülü 6,7 düymlük Samsung E4 AMOLED displeylə gəlir. LTPO 3.0 uyğun və 120 Hz-i dəstəkləyən bu ekran Dolby Vision-u da dəstəkləyir.
Telefonda LPDDR5x RAM, UFS 4.0 saxlama və maye soyutma ilə təchiz olunmuş Snapdragon 8 Gen 2 çipi var. Telefonun bəlkə də ən vacib detalı arxa tərəfdəki Hasselblad üçlü kamera sistemidir. Bu kamera bölməsində OIS ilə 50 MP Sony IMX890 əsas kamera, ultra geniş bucaqlı obyektiv və makro üçün avtofokus dəstəyi olan 48 MP Sony IMX581 ikinci kamera və üçüncü kamera 2x telefoto obyektivli 32 MP Sony IMX709 RGBW, ön tərəfdə 16 meqapiksellik selfi kamerası var. Telefonun 12 GB və 16 GB RAM-ı var, 256 və 512 GB-da saxlama seçimləri var. Qiymətlər bu konfiqurasiyaya görə dəyişir. Elan edilən qiymətlər aşağıdakı kimidir:
12GB + 256GB ~$580 990 Azn
16GB + 256GB ~640$ 1000 Azn
16GB + 512GB ~$710 1200 Azn
Zümrüd yaşılı və ya vulkanik qara rəng variantları ilə gələn OnePlus 11 yanvarın 9-dan etibarən satışa çıxarılacaq. OnePlus 11-in qlobal buraxılışı fevralın 7-də olacaq.