Son şayiələrə görə OnePlus-un növbəti flaqman telefonu OnePlus 10T olacaq və onun olduqca sərfəli qiyməytə olacağı deyilir. OnePlus əvvəlcə aşağı qiymətə yüksək səviyyəli funskiyalar təklif edən marka olaraq işə başladı, lakin bu illər ərzində dəyişdi. 2021-ci ildə OnePlus 9 Pro 1000 dollara çatan ilk OnePlus telefonu oldu. 899 dollarlıq OnePlus 10 Pro nisbətən əlverişlidir, lakin yenə də olduqca bahadır. Yeni yayılan şayiəyə inansaq, OnePlus 10T markanın əvvəlki veriyalarındakı qiymətə qayıdacaq. Kod adı Ovaltine olan OnePlus 10T, 120Hz yeniləmə tezliyi ilə 6,7 düymlük FHD+ düz ekrana, OnePlus 10 ilə müqayisədə bir qədər aşağı olan 16MP ön kamera üçün mərkəzləşdirilmiş deşikə sahib olacaq. İddiaya görə OnePlus 10T Qualcomm-un ən yeni yüksək səviyyəli çipi Snapdragon 8 Plus Gen 1 tərəfindən dəstəklənəcək və bu, onu Snapdragon 8 Gen 1 ilə təchiz edilmiş 10 Pro-dan daha sürətli edəcək. SoC 12 GB-a qədər RAM və 256 GB yaddaş tutuma malik olacaq.
Telefonun 50 meqapiksellik əsas kamera, 8 meqapiksellik ultra geniş bucaqlı sensor və 2 meqapiksellik makro bloku olan üçlü kamera sisteminə malik olacağı haqqında şayiələr var, lakin çox güman ki, Hasselblad markası olmayacaq. 10 Pro-nun 5000 mAh batareyasından daha kiçik 4,800 mAh olacaq, lakin daha sürətli doldurma sürətini dəstəkləyə bilər. Telefonun ağ, qara və nanə yaşılı rənglərində satışa çıxarılacağı bildirilir. OnePlus 10T son OnePlus flaqmanlarından fərqli olaraq daha sərfəli olacaq. Bu, ona ilin ən yaxşı telefonları ilə rəqabət aparmağa kömək edə bilər.
OnePlus qiyməti ilk smartfonunu təqdim etmək üzrə olan Nothing-ə görə OG pərəstişkarlarını itirməkdən qorxduğu üçün aşağı salmaq istəyir? Kim bilir, bunu birlikdə görəcəyik.