TELSAT.AZ - Elan yerləşdir
  • 967

One UI 7 yenilənməsi tezliklə Galaxy S seriyalı cihazlara gəlir

Samsung, mətbuat səhifəsində One UI 7 beta proqramını uğurla tamamladığını və sabit versiyanın yaxın zamanda təqdim olunacağını açıqlayıb.

Şirkət bildirib ki, One UI 7.0 beta proqramı əvvəlki proqramla müqayisədə daha çox istifadəçinin marağına səbəb olub. Hətta qeydiyyatları əvvəlkindən iki dəfə daha tez bağlamaq məcburiyyətində qalıblar. Samsung istifadəçi rəylərini topladığını və bu rəylərə əsasən sabit One UI 7.0 yeniləməsi öncəsi dəyişikliklər və təkmilləşdirmələr həyata keçirməyi planlaşdırır.

Ötən ilin dekabr ayının əvvəlində Galaxy S24 seriyası üçün One UI 7 beta proqramı başlamışdı. Beta versiyalar Hindistan, Çin, Polşa, Cənubi Koreya, Almaniya, Böyük Britaniya və ABŞ-dakı istifadəçilərə təqdim olunmuşdu. Son bir ay yarım ərzində Galaxy S24, S24+ və S24 Ultra üçün üç beta yenilənməsi yayımlanıb. Şirkət bildirib ki, beta proqramının irəliləyişi əvvəlki One UI 6 betadan iki dəfə daha sürətli gedib.

Samsung-un açıqlamasına görə, yeni dizayn edilmiş istifadəçi interfeysi, canlı məlumat axışına sürətli çıxışı təmin edən Now Bar və Galaxy AI təkmilləşdirmələri, xüsusən də yeni yazı köməkçisi aləti beta istifadəçilərinin diqqətini çəkib.

Galaxy S25, S25 Plus və S25 Ultra, One UI 7 ilə gələn ilk smartfonlar olacaq. Fevral ayından etibarən Galaxy S24 seriyası, Galaxy Z Fold 6 və Z Flip 6 kimi əvvəlki modellərin yeniləməni alacağı gözlənilir. Unpacked tədbirində yeniləmə cədvəli elan edilə bilər.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab