“Foxconn”da rəhbər dəyişikliyi “Apple”ın məhsulları üçün qoyduğu təəccüblü keyfiyyət istəklərini gündəmə gətirdi. “Apple”ın ən böyük biznes tərəfdaşı “Foxconn”un yeni iPhone istehsal meneceri Maykl Çianqın sözlərinə görə, Çində Android telefonları üçün istehsal xətlərinin hər birinə yalnız 100 işçi, iPhone istehsal xətləri üçün isə 1200 işçi lazım olur. Çin istehsalçıları smartfonlarının keyfiyyəti ilə bağlı o qədər də seçici deyillər, ona görə də onlar montaj üçün təxminən 100 Foxconn işçisini təyin edirlər.
“Apple”ın keyfiyyətə nəzarətə daha sərt yanaşması "Foxconn"un təxminən 1200 işçi ayırması ilə nəticələnir. Onlar komponentlərin göndərilməsi və paylanmasından tutmuş hazır məhsulların zavod anbarlarından çıxarılmasına qədər bütün montaj dövrü üçün məsuliyyət daşıyırlar.
İstehsalın bütün mərhələlərinə daha çox diqqət yetirilməsi həm montaj zamanı, həm də satışdan sonra daha yüksək keyfiyyət və az səhv nisbətlərini təmin edir. Amma bu, həm də smartfonların qiymətini artırır və məhsullarını “Apple”dan xeyli aşağı qiymətə satan Çin şirkətləri üçün bu rəqəm kritikdir. Daha innovativ xüsusiyyətlərə malik olmasına baxmayaraq, "iPhone"dan daha ucuz Android smartfonunu görəndə bunu xatırlamağınız yaxşı olar.