TELSAT.AZ - Elan yerləşdir
  • 2452

Niyə iPhone 14 Pro Max alaq?

Yeniliklərlə dolu iPhone 14 Pro Max smartfonlar dünyasını silkələməyi bacardı. O, dizaynından funksiyalarına, displey xüsusiyyətlərindən tutmuş texniki dəyərlərinə qədər bazara hakim oldu.

iPhone 14 Pro Max heç bir “iPhone”da tapa bilməyəcəyiniz yeniliklərlə gəldi.

Bunlardan bəlkə də ən əhəmiyyətlisi A16 Bionic-dir. Apple A16 Bionic prosessoru ilə təchiz edilən bu model öz fərqini göstərir. Sözügedən prosessor iki performans və dörd səmərəli nüvə ilə təchiz edilib. Beləliklə, o, 6 nüvəli CPU kimi seçilir və rəqiblərindən 40% daha səmərəli olduğu bildirilir. Üstəlik, A15 Bionic ilə müqayisədə bu prosessordakı iki yüksək performanslı nüvə 20% daha az enerji istehlak edir.

iPhone 14 Pro Max kamerasında Pro-ya məxsus detallar dərhal diqqəti cəlb edir. Quad Pixel texnologiyası sayəsində hazırlanan 48 MP əsas kamera sensoru onlardan biridir və mükəmməl kadrlar çəkməyiniz üçün hazırlanıb. Arxa tərəfdəki bu əsas kamera f/1.78 diaframa malikdir. İkinci və üçüncü kameralar 12 meqapikseldir və ultra geniş bucaq, telefoto kimi funksiyaları təklif edir. 48 meqapiksellik əsas kamera ilə tətildəndən tutmuş dostlarınızla görüşlərə qədər ən gözəl anlarınızı çəkə və sanki peşəkar fotoqraf kimi foto albomunuzu zənginləşdirə bilərsiniz.

Dynamic Island dizaynı da Pro üçün eksklüziv olan çentik əvəzinə qoyulub. 6,7 düymlük ekranda görə biləcəyiniz Dynamic Island həb fomasında dizayn edilib. Kameraların müəyyən qədər azaldılması ilə mümkün olan Dynamic Island ekran dizaynı Android telefonlarını ağıla gətirir.

Ekranın hər zaman açıq olmasını təmin edən "Always On Display" adlı texnologiya da iPhone 14 Pro seriyası ilə Apple həvəskarlarına təqdim edildi.

Bir sözlə, "Apple"nin ən son seriyasını almaq istəyiniz varsa, bunları nəzərdən keçirəndən sonra qərarınızı verin.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab