TELSAT.AZ - Elan yerləşdir
  • 2535

Netflix “əyləncəli mağazalar” açacaq?

Bazar dəyəri baxımından dünyanın ən böyük əyləncə/media şirkəti olan Netflix , məzmununu tanıtmaq üçün əyləncəli mağazalar açmağı planlaşdırır.

Netflix insanların alış-veriş edə, nahar edə, sevimli filmləri və televiziya şoularına bağlı digər fəaliyyətlərdən həzz ala biləcəyi "Netflix House" adlı əyləncə mərkəzli, təcrübə məkanları açmağı planlaşdırır .

Netflix-in CEO-su Ted Sarandos Bloomberg Screentime konfransı zamanı Netflix-in 2025-ci ildə iki məkan açmağı planlaşdırdığını və Netflix-i bütün dünyada daha da genişləndirməyi planlaşdırdığını açıqladı. "Disneylend kimi düşünməyin" deyən Sarandos, Netflix House-un "bir neçə ildən bir deyil, ayda bir neçə dəfə gedə biləcəyiniz bir yer" olduğunu əlavə etdi.

Netflix House-u mənalı bir gəlir mənbəyi deyil, məzmununu tanıtmaq üçün bir yol olaraq görür. Bu məkanlar biletli şoulardan tutmuş restoranlara və pərakəndə satış mağazalarına qədər müxtəlif strukturlara malik olacaq.

Netflix-in İstehlak Məhsulları üzrə VP-si Coş Saymonun sözlərinə görə, qarşıdan gələn məkanlar pərakəndə satış, yemək və canlı təcrübələrin maraqlı qarışığını təqdim edəcək. Simon Bloomberg-ə deyib: "Pərəstişkarlarımızın filmlərimiz və televiziya şoularımız dünyasına qərq olmağı nə qədər çox sevdiyini gördük və biz bunu növbəti səviyyəyə necə çıxarmaq barədə çox düşünürdük".

Netflix-in bu yeni ideyasının 2025-ci ildə ABŞ-da həyata keçirilməsi gözlənilir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab