TELSAT.AZ - Elan yerləşdir
  • 1587

NASA-nın roverindən möhtəşəm Mars fotoları

NASA-nın Curiosity roveri Marsda uzun müddət araşdırma apardığı Gediz Vallis-dən ayrılır. Getməzdən əvvəl bu ərazinin inanılmaz fotoları paylaşılıb.

Tərk etməzdən əvvəl, bu bölgəyə dair 360 dərəcə panoramik görüntülər təqdim edərək Marsın keçmiş iqlimi və geoloji xüsusiyyətləri haqqında dəyərli məlumatlar paylaşıb. Bu görüntülər həm kanalın formalaşması, həm də planetin getdikcə quruyan iqlimi ilə bağlı kritik məlumatlar təqdim edir.


Unikal mənzərə

Marsdakı Sharp Dağı-nın ətəklərində yerləşən Gediz Vallisdə tapılan ağ rəngli kükürd daşları Curiosity komandasını təəccübləndirdi. Önəmli məqam, əvvəlki MRO görüntülərində görünməyən bu daşların yalnız Curiosity vasitəsilə kəşf olunmasıdır. Daha da maraqlısı, aparatın bir daş üzərində analiz apararaq onun içinin sarı kristallarla dolu olduğunu ortaya çıxarması idi.

Aparat üzərindəki cihazlar, bu daşların təmiz kükürd olduğunu təsdiqləyib. Lakin elm adamları bu kü ;kü ; rdün hansı şəraitdə formalaşdığını hələ də anlaya bilmir. Dünya üzərində kükürd vulkanlar və isti su mənbələri ilə əlaqələndirilsə də, Gediz Vallisdə belə formalaşma şəraitinə aid heç bir sübut tapılmayıb.

NASA JPL-dən Ashwin Vasavada bunu belə şərh edir: "Biz çoxlu məlumat topladıq və indi bu çətin tapmacanı həll etmək vaxtıdır."


Yeni Məqsəd: Boxwork

Curiosity-nin növbəti dayanacağı Marsın səthində örümçək toruna bənzər naxışlar əmələ gətirən geniş boxwork mineral quruluşlarıdır. Elm adamları, bu strukturların Sharp Dağından axan mineralların çatlarda kristallaşması ilə yarandığını düşünürlər.

Marsın bu xüsusi boxwork sahələrinin formalaşması, planetdəki suyun yoxa çıxmağa başladığı dövrə aiddir və onların nəhəng ölçüləri (10-20 km) ilə seçilir. Dünya ilə müqayisədə, Marsdakı bu strukturlar daha unikal hesab olunur və gələcək tədqiqatlar üçün böyük potensiala malikdir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab