TELSAT.AZ - Elan yerləşdir
  • 1753

Microsoft Office 2024 PC və Mac üçün təqdim edildi

Microsoft Ofis proqramının yeni versiyası yayımlandı. Office 2024 artıq Windows PCMac kompüterləri üçün yüklənə və satın alına bilər. Bəs Word, Excel, PowerPoint 2024 hansı yeniliklərlə gəlir?

Microsoft 365 abunəliyi almaq istəməyən istifadəçilər üçün yeni Office versiyası təqdim edildi. Müstəqil Microsoft Office 2024 həm müəssisələr, həm də ev istifadəçiləri üçün çıxarılıb. Windows PCMac üçün Word, Excel, PowerPoint, OneNote, Outlook 2024 versiyası artıq Azərbaycanda da satışa çıxarılıb və yüklənə bilər.


Microsoft Office 2024 yenilikləri

Office 2024, son bir neçə ildə Microsoft 365 abunəçilərinə təklif olunan yeniləmələrin əksəriyyətini ehtiva edir. Yeni Office 2024 əsas proqramlarda təkmilləşdirmələr, həmçinin əlçatanlıq və istifadəçi interfeysi dəyişiklikləri ilə gəlir.

  • Yeni standart Office mövzusu
  • Təkmilləşdirilmiş əlçatanlıq alətləri
  • Mobil cihazdan şəkil əlavə etmə
  • OpenDocument Formatı (ODF) 1.4 dəstəyi
  • Açıqlamalara bəyənmə əlavə etmə
  • Dinamik dizilər üçün qrafiklər
  • Mətn və sıra funksiyaları
  • Yeni IMAGE funksiyası
  • Daha sürətli iş kitabları
  • Cameo ilə canlı kamera yayımını slayda əlavə etmə
  • Recording Studioda video yaratma
  • Microsoft Streamdən video əlavə etmə
  • Video və audio üçün altyazı əlavə etmə
  • E-poçt, təqvim və şəxslər üçün təkmilləşdirilmiş axtarış
  • Görüş yaratmaq üçün yeni seçimlər
  • Word sessiyasını bərpa etmə
  • Təkmilləşdirilmiş Çizim nişanı və mürəkkəb funksiyaları
  • Daha çox şəkil, formaşablon

Office 2024, Windows 11-dəki vizual dəyişikliklərlə uyğun gələn Microsoft-un ən son axıcı dizayn prinsipləri ilə yeni standart mövzuya sahibdir. Microsoft həmçinin sənədlərdə, slayd təqdimatlarında və e-poçtlarda əlçatanlıq problemlərini tapmağa kömək etmək üçün təkmilləşdirmələr əlavə edib.

Ən böyük dəyişikliklər Excel, PowerPointOutlook proqramlarında özünü göstərir. Excelmetn funksiyaları, dinamik dizilərşəkil funksiyaları əlavə olunub. PowerPointcanlı kamera yayımıRecording Studio funksiyaları gətirilib. Outlook-da axtarış və görüş yaratma seçimləri təkmilləşdirilib.


Microsoft Office 2024 qiyməti

Office 2024 iki fərqli versiya ilə təqdim olunur. $149.99 qiymətə Office Ev 2024, Word, Excel, PowerPointOneNote proqramlarını, $249.99 qiymətə olan Office Ev və İş 2024 isə Outlook proqramını da ehtiva edir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab