TELSAT.AZ - Elan yerləşdir
  • 1562

Microsoft CEO-sunun maaşı 63% artaraq 79 milyon dollar oldu

Microsoft CEO-su Satya Nadella-nın 2024 maliyyə ili təzminatı səhm ödəmələri sayəsində 63% artaraq 79,1 milyon dollara çatıb. Microsoft bu müddətdə 3 trilyon dollarlıq dəyərə malik şirkətə çevrilib.

Microsoft, CEO Satya Nadella-ya 2024 maliyyə ili üçün 30 milyon dollardan çox maaş artımı edib. Lakin bir sıra kiber hücumlar olmasaydı, ümumi paket 5,5 milyon dollar daha yüksək olardı. Microsoft-un cümə axşamı açıqladığı hesabatda göstərilir ki, Nadella-nın ümumi gəliri əvvəlki il aldığı 48,5 milyon dollardan 79,1 milyon dollara yüksəlib. Bu gəlirin böyük hissəsi səhm ödəmələrindən ibarətdir.


Nadella rekord qazandı

Nadella-nın məvacibinin nağd təşviqat hissəsi əsasən Microsoft-un gəlir və əməliyyat gəliri hədəfləri ilə əlaqədar performansına əsaslanır. Normalda 10,66 milyon dollar olmalı olan nağd təşviqat, Nadella-nın xahişi ilə 5,2 milyon dollara endirilib. Microsoft idarə heyətinin açıqlamasına görə, Nadella təhlükəsizliklə bağlı fərdi məsuliyyət götürmək məqsədilə, mövcud performans meyarlarından fərqli qiymətləndirmə aparılmasını və təşviqat ödənişinin bu məsuliyyətə uyğun şəkildə azaldılmasını istəyib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən Çin-in ABŞ rəsmilərinin e-poçt hesablarını pozması ilə bağlı bir hesabat yayılmasının ardından, Microsoft bu hadisəni 2023-cü ilin iyul ayında ictimaiyyətə açıqlamışdı. Yanvarda isə Microsoft-un bəzi yüksək səviyyəli rəhbərlərinin e-poçt hesablarına Rusiya kəşfiyyatının daxil olduğu məlum olmuşdu. Maaşın azaldılması tələbi bu hadisələrlə əlaqəlidir.

Digər tərəfdən Microsoft-un təhlükəsizlik fəaliyyəti 2022-ci ildə 20 milyard dollardan çox gəlir əldə edib ki, bu da bir çox təhlükəsizlik şirkətinin ümumi gəlirindən daha çoxdur. Bununla yanaşı, Microsoft-un səhmləri 2024 maliyyə ili boyunca təxminən 31,2% dəyər qazanıb.

Microsoft-un bu dəyər artımının arxasında ChatGPT istehsalçısı OpenAI-a etdiyi sərmayə və sıx əməkdaşlıq dayanır. MicrosoftOpenAI texnologiyalarını öz məhsullarına inteqrasiya edərək generativ süni zəkanın yayılmasında lider rolu oynayır. Bu arada, süni zəka çip nəhəngi Nvidia-nın CEO-su Jensen Huang-ın maaşı 2024 maliyyə ilində 34,2 milyon dollar, Apple CEO-su Tim Cook-un maaşı isə 2023-cü ildə 63,2 milyon dollar olub.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab