TELSAT.AZ - Elan yerləşdir
  • 2626

"Meta"nın gəliri azalır, Metaverse də bir fəlakətə çevrilir!

Qlobal iqtisadi tənəzzüllə birlikdə 10 ildir davamlı böyüyən Meta də büdrəməyə başladı. Sosial şəbəkələrdən istifadə edənlərin sayı azaldıqca, gəlirlər də azalır. Metaverse isə tam fəlakət oldu.

Metaverse böyük zərbələr vurur

Açıqlamaya görə, Meta şirkətinin ümumi gəliri 27,71 milyard dollar ikən, illik yüzdə 4 azalma olub. 22 milyard dollarlıq ümumi xərc bütün zamanların rekordunu qırdı, nəticədə xalis mənfəət 50% azalaraq 4,39 milyard dollar oldu.

Metaverse konsepsiyası çökürmü?

Bu qədər böyük xərcin səbəbi “Reality Labs”dır. Zukerberqin Metaverse xəyalını reallaşdırmaq üçün qurulan Reality Labs cəmi 285 milyon dollar gəlir gətirdi və 3,67 milyard dollar itirdi. Ötən ilin eyni dövründə 2,63 milyard dollar zərər olmuşdu. Başqa sözlə desək, Metaverse xəyalı Meta üçün illik təxminən 10 milyard dollar itkiyə səbəb olacaq. Şirkəti 2023-cü ildə də böyük itkilər gözləyir. İstifadəçilərin sayı baxımından “Facebook”un aylıq aktiv istifadəçiləri 2 faiz artaraq 2,96 milyarda çatıb. Gündəlik aktiv istifadəçilər isə 3 faiz artaraq 1,98 milyarda çatıb. Pandemiya dövründə bu rəqəmlər 10 faiz artıb. İlin son rübündə şirkət gəlirlərində müəyyən artım gözlənilir. Bundan əlavə, bütün sahələrdə böyük ixtisarlar və xərclərin azaldılması ilə xalis mənfəətdə tarazlığa nail olmaq hədəflənir. Açıqlamadan sonra Meta səhmləri 7 faiz ucuzlaşıb.

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab