TELSAT.AZ - Elan yerləşdir
  • 3142

Meta rekord sayda işçi ixtisar edir!

Meta işçi qüvvəsinin sayını təxminən 13 faiz azaldır və şirkət tarixində ilk kütləvi ixtisarlarla minlərlə işçini çıxarır. Mark Zukerberqin verdiyi açıqlamada şirkətin gələcək inkişafı ilə bağlı həddən artıq optimist olduğu görünür. "Covid-in başlanğıcı ilə dünya sürətlə onlaynlaşdı və e-ticarətdə artım böyük gəlir artımına səbəb oldu. Bir çox insan bunun pandemiya bitdikdən sonra da davam edəcək davamlı bir sürətlənmə olacağını proqnozlaşdırmışdı. Mən də investisiyalarımızı əhəmiyyətli dərəcədə artırmaq qərarına gəldim. Təəssüf ki, gözlədiyim kimi olmadı”. O, açıqlama verərək verdiyi qərarın səbəbini açıqlayıb.

2004-cü ildən bəri ilk böyük ixtisar

Zukerberq bildirir ki, şirkət artıq xərcləri və işçi heyətini azaltmaqla “daha səmərəli” olacaq. Resursların reklam, süni intellekt və metaverse kimi yüksək prioritet sahələrə yönəldiləcəyi də bildirilir. Şirkət 2023-cü ilin birinci rübünə qədər yeni işə qəbulu tamamilə dondurdu. Gələn il daha az adam işə götürüləcək. Meta sentyabr ayında təxminən 87,000 işçisi olduğunu bildirmişdi. Yeni qərarla 11 mindən çox işçi çıxarılacaq. Bu, şirkət yaranandan sonra ilk irimiqyaslı işdən çıxarılmadır. Meta yaxın vaxtlarda işçilərin ixtisarlarla bağlı e-mail alacağını və işdən çıxarılanlara təzminat veriləcəyini bildirir. Bundan əlavə, zərər çəkmiş işçilərin və ailələrinin sağlamlıq xərcləri altı ay ərzində ödəniləcəkdir. Bu, həm də işdən çıxarılan işçilərə yeni iş tapmağa kömək edəcək.

Maliyyə nəticələri gözlənildiyi kimi olmadı, Reality Labs və metaverse layihəsinin davamlı itkisi, “Meta”nın reklam gəlirləri “Apple”ın yeni məxfilik qaydaları səbəbiylə əhəmiyyətli dərəcədə azaldı və TikTok kimi rəqiblər sürətlə yüksəldi. Bu da “Meta”nın səhm qiymətlərinin 70 faiz ucuzlaşmasına səbəb oldu. Bazar dəyərini 700 milyard dollar itirən şirkətin səhmləri ixtisarların elanından sonra 4 faiz artıb. Şirkət 2023-cü ildə daha çox itirəcəyini gözləyir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab